Bu qəsəbənin sakinlərinə ŞAD XƏBƏR Yolların təmirinə 1,3 milyon manat ayrıldı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunun Hökməli, Məmmədli və Qobu qəsəbələrində yollar əsaslı təmir olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Trend” dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, təmir işləri Hökməli qəsəbəsinin S.Əskərova, Ə.Cəfərov, Həsən Əliyev, Y.Qarayev küçələrində, Məmmədli qəsəbəsinin M.Şirinov, E.Əliyev, M.Zeynalov, Z.Əliyeva, B.Vahabzadə küçələrində, Qobu qəsəbəsinin isə A.Qəribov, T.Sahibcanov, NHacıağayev küçələrində aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti (RİH) hazırlıqlara başlayıb.
RİH sözügedən işlərin icrasını “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.298.707,29 AZN (1 milyon 298 min 707 manat 29 qəpik) müqavilə bağlayıb.
Baxış sayı:141
Bu xəbər 06 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















