Icma.az
close
up
RU
Bu Zəfər regionda yeni tarixi, siyasi reallıqlar yaratdı Deputat

Bu Zəfər regionda yeni tarixi, siyasi reallıqlar yaratdı Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Artıq 5 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra bitən Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı:
"Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi “Dənizdən-dənizə, böyük Ermənistan” xülyasının tamamilə iflasa  uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi, iqtisadi reallıqlar yaratdı. 
2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur. Bu məqsədlərə çatmaq üçün 17 illik uzun bir yol getməli olduq". 
Deputat qeyd edib ki, Azərbaycan dünya siyasi arenalarında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoydu və dünya birliyini Ermənistanın özbaşınalıqlarına son qoymağa çağırışlar etdi:
"Azərbaycan bütün beynəlxalq tribunalardan ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə heç vaxt barışmayacağını bəyan edir və haqq səsimizi beynəlxalq platformalarda qəbul etdirirdi. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizi azad etməklə düşmənlərin çirkin planlarına birdəfəlik son qoydu.
Beləliklə son beş ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur. Böyük qayıdışa dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə yenidən salınan şəhərlərimizin günləri bayram təntənəsi ilə qeyd olunur. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirlir".
Cavidan Mirzəzadə 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri