Icma.az
close
up
RU
Bu, Zəfərin mühüm strateji mərhələsi idi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş yaradan tarixi bir mərhələni qeyd edirik.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də müharibənin ümumi gedişatına böyük təsir göstərmişdir:

"Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmiş istehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağ mövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkət istiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəri qarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə strateji yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq orada dövlət bayrağımızı ucaltdı".

Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başa çatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbəti qələbələrin əsasını qoydu:

“Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həm Qarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həm də Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşmənin müqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlar yarandı. Bu isə müharibənin son mərhələsinə – Şuşa əməliyyatına doğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüş ruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurun qazanılmasında əsas amillərdən oldu.

Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizin qəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısının müvafiq sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqın birliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu tarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıq günüdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri