Icma.az
close
up
RU
Budapeşt Zirvəsi: Türk dövlətləri arasında yeni strateji üfüqlər

Budapeşt Zirvəsi: Türk dövlətləri arasında yeni strateji üfüqlər

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dinamik şəkildə inkişafı iki ölkə arasında qarşılıqlı etimadın və hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Cənab Prezident Macarıstanı müstəqil siyasət aparan və beynəlxalq nüfuzu artmaqda olan ölkə kimi səciyyələndirərək, Baş nazir Orbanı əldə etdiyi uğurlar münasibətilə təbrik etdi.

Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı kimi Budapeştdə baş tutan ikinci belə tədbir Türk Dövlətləri Təşkilatının daxilində səmimi və açıq dialoqun, qarşılıqlı anlaşmanın dərinləşdiyini göstərir. Prezident İlham Əliyev Qırğızıstanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək, bu ilin rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyini bildirdi və liderləri ölkəmizə dəvət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan indiyədək təşkilat üzvü olan ölkələrə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb ki, bu da onun iqtisadi həmrəylik və ortaq inkişaf prinsipinə sadiqliyini əks etdirir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha da institusional və sistemli xarakter alacağını göstərir.

Cənab Prezidentin çıxışında nəqliyyat və logistika sahəsində regional inteqrasiyanın önəmi xüsusi yer tutur. Azərbaycan son illər ərzində avtomobil yolları, dəmir yolu xətləri, gəmiqayırma zavodu və hava nəqliyyatı kimi sahələrə mühüm sərmayələr yatıraraq, tranzit ölkə olaraq mövqeyini gücləndirib. Ölkənin açıq dənizlərə çıxışı olmasa da, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması və Orta Dəhlizin rəqəmsallaşdırılması layihələri Azərbaycanın regional nəqliyyat xəritəsində əsas qovşaqlardan birinə çevrildiyini təsdiqləyir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan türk dövlətləri üçün etibarlı tranzit xidmətləri göstərməkdədir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin artırılması və 9 beynəlxalq hava limanından 3-nün azad edilmiş ərazilərdə yerləşməsi Azərbaycanın həm texnoloji, həm də geosiyasi üstünlüklərini nümayiş etdirir. 1,5 milyon ton yük qəbuletmə qabiliyyətinə malik karqo terminalının inşası isə Azərbaycanın logistik potensialını daha da gücləndirəcək.

2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı, həm təşkilati baxımdan, həm də qlobal siyasi nəticələri etibarilə müstəsna hadisə kimi yadda qaldı. Cəmi 11 ay kimi qısa bir hazırlıq müddətində Azərbaycan bu nüfuzlu tədbiri yüksək peşəkarlıqla təşkil etməklə dünya birliyinə həm təşkilati, həm də siyasi iradə nümayiş etdirdi. “Bakı sıçrayışı” ifadəsi, COP29-un həm simvolik, həm də mahiyyət baxımından dünya iqlim gündəmində yaratdığı ciddi dəyişikliyi ifadə edir.

COP29-da dünyanın 197 ölkəsini təmsil edən 77 min iştirakçı qeydiyyatdan keçmiş, 70 dövlət və hökumət başçısı bu tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyurmuşdur. Bu, Azərbaycan üçün təkcə diplomatik deyil, həm də logistik və təşkilati baxımdan böyük uğur idi. Bakı qlobal liderlərin görüş yeri olaraq qlobal problemlərin həllində mühüm platformaya çevrildi. Azərbaycanın bu ölçüdə tədbiri mükəmməl şəkildə təşkil etməsi ölkənin artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.Azərbaycanın ev sahibliyi etdiyi COP29-un mühüm nəticələrindən biri də onun geosiyasi rolu ilə bağlıdır. Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında qarşılıqlı anlaşma və etimadın bərpasında Azərbaycan vasitəçi və dialoq platforması funksiyasını uğurla yerinə yetirdi. Bu tarazlaşdırıcı rol Bakıda qəbul edilən qərarların məzmununda da öz əksini tapdı. Azərbaycan göstərdi ki, regionun inkişaf edən dövləti kimi o, iqlim ədalətinin təminatında mühüm tərəfdaş ola bilər.

COP29-un ən mühüm nailiyyətlərindən biri inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı inkişaf məqsədləri üçün maliyyə yardımının əhatə dairəsinin genişləndirilməsi oldu. Razılaşdırılmış yeni maliyyə hədəfi – 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artım – inkişaf etməkdə olan ölkələrin iqlim tədbirlərinə daha effektiv şəkildə cəlb olunmasına xidmət edəcək. Bu, yalnız texniki və maliyyə deyil, həm də siyasi konsensus tələb edən mürəkkəb bir proses idi və Azərbaycan bu konsensusun əldə olunmasına nail oldu.

İllərlə davam edən müzakirələrə baxmayaraq, COP sammitlərində karbon bazarlarının tənzimlənməsi istiqamətində konkret razılaşmalar əldə olunmamışdı. COP29-da bu istiqamətdə konsensusa nail olunması iqlim tədbirlərində yeni bir mərhələnin başlanğıcıdır. Eyni zamanda, İtki və Zərər Fondu da işlək vəziyyətə gətirilmiş və zərər çəkmiş ölkələrin dəstək alması üçün real mexanizmlər formalaşdırılmışdır. Azərbaycan burada həm vasitəçi, həm təşəbbüskar, həm də təşkilatçı ölkə rolunu uğurla icra etmişdir.

Cənab Prezident COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə mühüm strateji tərəfdaşlıq sənədinə imza atdıqlarını xatırlatdı. Bu sazişlə, Xəzər-Qara dəniz marşrutu üzrə yaşıl enerjinin ixracı üçün yeni imkanlar açılır. Regionun enerji xəritəsində “yaşıl koridor” anlayışı real məzmun kəsb edir və Azərbaycanın enerji keçidi strategiyası yeni mərhələyə qədəm qoyur. Həm texnoloji, həm siyasi, həm də ekoloji baxımdan bu saziş COP29-un simvolik uğurlarından biri kimi tarixə düşəcək.

COP29-un uğurlu təşkili və nəticələri Azərbaycanı qlobal iqlim gündəminin fəal və hörmətli iştirakçısına çevirdi. “Bakı sıçrayışı” yalnız qlobal qərarların qəbul olunmasına deyil, həm də regionun gələcəyinə, Azərbaycanın geostrateji mövqeyinin daha da güclənməsinə xidmət etdi. Bu, bir daha sübut etdi ki, Azərbaycanın diplomatik iradəsi, təşkilati bacarığı və strateji baxışları dünyaya nümunə ola bilər.

21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Türk dünyasının birliyinin və strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Görüşün sonunda imzalanan 71 maddədən ibarət Bəyannamə, üzv dövlətlərin ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında birgə gələcəyə dair qətiyyətli iradəsini əks etdirdi.

Bu sənəddə nəqliyyat, enerji, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi mühüm istiqamətlər vurğulandı. Bəyannamə, həmçinin, Türk dünyasının qlobal siyasətdə daha təsirli mövqe tutması və beynəlxalq arenada birgə çıxış etməsi üçün yol xəritəsi rolunu oynayır.

Azərbaycanın bu prosesdəki liderliyi və təşəbbüskarlığı, ölkəmizin regional və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə və Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, Budapeşt Zirvə görüşü və qəbul olunan Bəyannamə, Türk dövlətlərinin ortaq məqsədlər ətrafında birləşərək, gələcək üçün daha güclü və dayanıqlı əməkdaşlıq platforması yaratmaq istiqamətində atdığı mühüm addım oldu. Bu sənəd yalnız diplomatik bəyanat olmaqla kifayətlənmir, eyni zamanda türk dünyasının gələcəyinə dair strateji vizyonun əks olunduğu bir yol xəritəsidir.

Azərbaycanın bu Zirvə görüşündə oynadığı aparıcı rol və Prezident İlham Əliyevin çıxışında vurğulanan siyasi, iqtisadi və nəqliyyatla bağlı təşəbbüslər, ölkənin Türk dünyasında mərkəzi əlaqələndirici qüvvəyə çevrildiyini bir daha sübut etdi. Azərbaycanın həm COP29 kimi qlobal tədbirdə uğurla çıxış etməsi, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində lider mövqeyini qoruyub saxlaması, ölkənin həm regional, həm də beynəlxalq proseslərdə güclü aktora çevrildiyini göstərir.

Gələcəyə baxışla desək, bu Zirvə görüşü və qəbul olunan Bəyannamə yalnız bu günün deyil, sabahın da çağırışlarına cavab vermək üçün möhkəm əsaslar qoyur. Türk dünyasının inteqrasiya potensialı artıq reallığa çevrilməkdədir və bu prosesdə Azərbaycanın rolu mühüm strateji əhəmiyyət daşıyır. Siyasi iradə, iqtisadi imkanlar və ortaq dəyərlər üzərində qurulan bu əməkdaşlıq modeli, Türk Dövlətləri Təşkilatını qlobal proseslərdə daha fəal və təsirli güc mərkəzinə çevirmək imkanına malikdir. Bu istiqamətdə atılan addımlar isə gələcək nəsillərə daha güclü, davamlı və birləşmiş bir türk coğrafiyası miras qoymaq baxımından böyük əhəmiyyət daşıyır.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri