Icma.az
close
up
RU
Budapeştə keçirilən dünya çempionatı ən maraqlı və dinamik yarışlardan biridir EKSPERT ŞƏRH ETDİ

Budapeştə keçirilən dünya çempionatı ən maraqlı və dinamik yarışlardan biridir EKSPERT ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Budapeştdə keçirilən dünya çempionatı texniki baxımdan bu ilin ən maraqlı və dinamik yarışlarından biridir. Xüsusilə ilk günlərdən artıq görünür ki, yapon və gürcü məktəbinin nümayəndələri hazırlıq baxımından bir addım öndədirlər. Yaponlar həmişə olduğu kimi klassik texnika və sürətli çevikliklə fərqlənirlər. Gürcülər isə daha çox gücə dayanan, fiziki üstünlüyü olan cüdonu nümayiş etdirirlər. Hər iki məktəbin özünəməxsusluğu bu çempionata rəng qatır." Bu sözləri SİA-ya açıqlamasında cüdo üzrə keçmiş Avropa hakimi Kamran Sadıqov deyib.

Onun sözlərinə görə, diqqəti çəkən əsas məqam – Azərbaycan cüdoçularının intizamlı və ağıllı taktikasıdır. Son illər Azərbaycan cüdosunda yalnız gücə deyil, strateji yanaşmaya da ciddi önəm verilir: "Bu da öz nəticəsini verir. Məsələn, Cavid Hüseynovun ötəngünki döyüşü bunun bariz nümunəsidir. O, çox təcrübəli bir koreyalı rəqibə qarşı mübarizə apararkən döyüşün ritmini tam öz nəzarətinə aldı. Müdafiədən hücuma keçidlər, rəqibi daim tərs mövqedə saxlamaq və sonda tətbiq etdiyi uchi-mata – yəni daxilə qaldırma texnikası – texniki baxımdan demək olar ki, ideal idi. Bu cür təmiz və nəzarətli ippon (tam qələbə) son illər az görünür".

"Cavidin bu performansı təkcə onun fərdi hazırlığını yox, ümumilikdə komandanın taktiki və texniki istiqamətinin düzgün qurulduğunu göstərir. Əgər bu templə davam etsələr – yəni döyüşləri ağılla idarə edib, emosiyaya qapılmadan strateji şəkildə hərəkət etsələr – mən əminliklə deyə bilərəm ki, Azərbaycan ən azı bir finala yüksələcək. Hətta bu turnirdə iki medal qazanma ehtimalımız da real görünür. Burada fiziki hazırlıqdan çox, psixoloji sabitlik və rəqibə qarşı düzgün yanaşma önəmlidir. Görünən odur ki, hazırda komanda bu balansı tapıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri