Icma.az
close
up
RU
Büdcədən təhsilə daha çox vəsait ayrılmalıdır Kamran Əsədov

Büdcədən təhsilə daha çox vəsait ayrılmalıdır Kamran Əsədov

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"2025-ci ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinə 4.94 milyard manat vəsait ayrılıb. Bu ÜDM-in 3.8%-ni, dövlət büdcəsi xərclərinin isə 12%-ni təşkil edir. Təhsil büdcəsinin ötən illə müqayisədə 8.5% artması müsbət irəliləyiş olsa da, bu dünya təcrübəsi ilə müqayisədə hələ də təhsilin maliyyələşdirilməsində ciddi inkişaf probleminin olduğunu göstərir. İnkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-də payı adətən 4-6% arasında dəyişir. Məsələn, İsveçrə və Danimarka kimi ölkələr bu göstəricini 6%-ə qədər artırır. OECD ölkələrinin orta göstəricisi isə 4.9%-dir. Azərbaycanın 3.8%-lik göstəricisi dünya ortalamasından aşağıdır və bu sahədə əlavə investisiyaların vacibliyini göstərir".

Metbuat.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial media hesabında paylaşıb.

O bildirib ki, dövlət büdcəsi xərclərində təhsilin payı dünya miqyasında 15-20% arasında dəyişir:

"Məsələn, Finlandiya və Norveçdə bu göstərici 20%-ə çatır. İnkişaf etməkdə olan ölkələrdə, məsələn, Malaziyada bu rəqəm 15-18% təşkil edir. Azərbaycanın 12%-lik göstəricisi isə orta səviyyədədir. Lakin müasir dövrdə beynəlxalq rəqabətliliyi artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bu göstəricinin artırılması qaçılmazdır. Sadəcə təhsil büdcəsini artırmaq kifayət deyil, həm də bu vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi vacibdir. Müəllimlərin maaşlarının artırılması, məktəblərin infrastrukturlarının yaxşılaşdırılması, innovativ təhsil proqramlarının və texnologiyaların tətbiqi əsas prioritetlərdən olmalıdır. Cənubi Koreya kimi ölkələrdə təhsilə ayrılan vəsaitin əsas hissəsi innovasiya və texnologiyalara yönəldilir ki, bu da onların qlobal reytinqlərdə yüksək yerlərə yüksəlməsinə səbəb olur".

Ekspertin sözlərinə görə, Azərbaycanın təhsil sahəsinə ayrılan büdcəsinin artımı müsbət olsa da, hədəf beynəlxalq standartlara uyğunlaşmaq olmalıdır:

"Təhsilin maliyyələşdirilməsinin artırılması yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial rifah və cəmiyyətin hərtərəfli inkişafı üçün vacibdir. ÜDM-də və dövlət büdcəsində təhsilin payının artırılması ilə yanaşı, bu xərclərin effektiv idarə edilməsi, şəffaflıq və resurslardan düzgün istifadə müasir təhsil siyasətinin əsas prioritetləri olmalıdır. Beynəlxalq təcrübə göstərir ki, təhsilə qoyulan investisiya uzunmüddətli perspektivdə cəmiyyətin gələcəyinə qoyulan ən böyük sərmayədir".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see325

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see297

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see277

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see276

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see229

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see206

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see200

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see199

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see199

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see197

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see192

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see191

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see190

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see190

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see186

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see175

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see167

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see163

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri