Icma.az
close
up
RU
“Bude/Qlimt” tarix yazdı, “Marsel” fanatlarına şok yaşatdı

“Bude/Qlimt” tarix yazdı, “Marsel” fanatlarına şok yaşatdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Son tur Madrid nəhəngləri üçün faciəvi alındı. Bəlkə də turun əsas sensasiyasının müəllifi “Bude/Qlimt” oldu.

Tarixində ilk dəfə ÇL-in əsas mərhələsində iştirak edən, eləcə də ilk 6 turda qələbəsi olmayan komanda “Mançester Siti”nin ardından səfərdə “Atletiko”nu da yenərək inanılmazı bacardı və pley-offa vəsiqə qazandı! Düzdü, “8-liy”ə düşmək şansı çox olmadığından “hindular”ın motivasiyası o qədər də yüksək deyildi. Amma bu məqam norveçlilərin əməyinə qətiyyən kölgə salmamalıdı. Son turdan öncə pley-off şansını itirən klublar, gözlənildiyi kimi, meydanda heç bir varlıq göstərə bilmədilər.
İlk turda “Qalatasaray” üzərində qazandığı parlaq qələbədən sonra barıtı tükənən “Ayntraxt” evdə “Tottenhem”ə yalnız bir hissə müqavimət göstərdi. “8-lik” üçün qələbəyə ehtiyac duyan London təmsilçisi özünə lazım olan qolları fasilədən sonra vura bildi. Premyer-liqada çox qeyri-sabit çıxış edən “Tottenhem”in belə çətin turnirdə birbaşa 1/8 finala adlaması mövsümün ən diqqətçəkən məqamlarından biridi. Cari ÇL-də müəmmalı dərəcədə bərbad çıxış edən “böyük beşliy”in digər üz qarası “Vilyarreal” da son turda fiasko ilə üzləşdi. La Liqada ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “sarı sualtı qayıq” Leverkuzendə həvəskar səviyyəyə uyğun qollar buraxaraq liqa mərhələsini sondan əvvəlki, yəni 35-ci pillədə başa vurdu! “Kayrat” və “Vilyarreal”dan başqa liqa mərhələsini qələbəsiz tamamlayan digər komanda isə “Slaviya” oldu.
Turnirin debütantı “Pafos” doğma fanatları önündə Çexiya çempionunu darmadağın edərək liqa mərhələsini mükəmməl qələbə ilə bitirsə də, bu, pley-off üçün kifayət etmədi. Heyrət doğuran daha bir nəticə Brüsseldə qeydə alındı. Maraqlıdı ki, son turdan öncə “Opta”ya görə “Marsel”in pley-offa yüksəlmək şansı 96 faizə bərabər idi! Amma Fransa nəhəngi fanatlarına əsl şok yaşatdı. “Brügge” heç də zəif olmayan rəqibini 3 cavabsız qolla darmadağın edərək “Marsel”in pley-offa yolunu bağladı. Əslində 0:3 də fransızlara kifayət edirdi. Trubin Lissabonda “Real”ın qapısına yol tapana qədər...
Belçikanın digər təmsilçisi “Yunion” da son turda fanatlarını sevindirdi. Brüssellilər “Atalanta” üzərində mühüm qələbə qazandılar. Halbuki berqamolular “8-lik” uğrunda mübarizə aparırdı. Amma “Yunion”un top fərqi bərbad olduğundan bu qələbə “24-lüy”ə düşməyə imkan vermədi.
Motivasiyasız “Bavariya” PSV-yə qənim kəsildi. Münhen nəhəngi “8-liy”i hələ ötən tur təmin etmişdi. Üstəlik Keyn bu matçda ehtiyatda qalmışdı. Niderland çempionu nəinki qələbə, hətta bərabərlik təqdirində də pley-offa yüksələcəkdi. Amma komanda heç minimum hədəfin də öhdəsindən gələ bilmədi. İkinci hissənin ortalarında meydana çıxan Keyn PSV-ni turnirdən kənarlaşdırdı. İngiltərəli ulduz bu mövsüm klub və yığma səviyyəsində 36-cı oyunda 40-cı (!) qolunu vurdu. Bundan başqa, Keyn ÇL-də vurduğu qolların sayını 48-ə yüksəldərək Şevçenko ilə İbrahimoviçə çatdı.
Son anda “pley-off qatarına minməyə” müvəffəq olan klublardan biri də “Olimpiakos” oldu. Top fərqi bərbad olduğundan “24-lük” şansı qalmayan “Ayaks”ın motivasiyası onsuz da yüksək deyildi. “Ayaks” Yunanıstan çempionunun ilk qoluna cavab versə də, qonaqlar 79-cu dəqiqədə qələbə qolunu vurmağa müvəffəq oldular. İki cəbhədə oynamağa açıq-aşkar gücü çatmayan və mövsümü inamlı keçirməyən “Atletik” liqa mərhələsini çox uğursuz şəkildə tamamladı. Bilbao klubu “Sportinq”lə ev oyununda iki dəfə hesabda önə keçsə də, sonda heç 1 xal da qazana bilmədi! Düzdü, turnir cədvəlində yaranmış vəziyyətə əsasən pley-off üçün “Atletik”ə heç 1 xal da kifayət etməyəcəkdi. Portuqaliya çempionu isə bu parlaq qələbə sayəsində birbaşa 1/8 finala vəsiqə qazandı.
PSV – Bavariya 1:2 (0:0)
PSV (Eyndhoven, Niderland): Kovarj, Dest, Shauten, Obispo, Mauro Junior, Vanner, Saybari, Veerman, Man (N.Fernandes, 46), Perişiç (Drioş, 82), Til.
Bavariya (Münhen, Almaniya): Urbiq, Bişof (Boe, 85), Upamekano (Devis, 62), Ta, İto, Kimmix, Pavloviç, Karl (Olise, 62), Musiala (Qnabri, 62), Dias, Cekson (Keyn, 62).
Qollar: Musiala, 58 (0:1). Saybari, 78 (1:1). Keyn, 84 (2:1).
Vərəqələr: Perişiç, 7. Upamekano, 24. Shauten, 35. Til, 83. Kimmix, 83. M.Junior, 86 – sarı. M.Junior, 90+4 – qırmızı (ikinci sarı).
Hakim: Joao Pinyeyro (Portuqaliya).
28 yanvar. Eyndhoven. 35000 tamaşaçı. 
Bayer-04 – Vilyarreal 3:0 (2:0)
Bayer-04 (Leverkuzen, Almaniya): Blasvix, Vaskes (Artur, 62), Bade, Kuansa, Andrix, Qrimaldo (Tapsoba, 89), Ezekyel Fernandes, A.Qarsiya (Palasios, 70), Tillman, Maza (Poku, 70), Şik (Kofane, 62).
Vilyarreal (İspaniya): Tenas, Navarro, Marin, Veyqa, Kardona, Komesanya (Geye, 82), Parti (Mikautadze, 46), Diatta (Parexo, 65), Byukenen (Lopes, 46), N.Pepe (Budeska, 69), Oluvaseyi.
Qollar: Tillman, 12 (1:0). Tillman, 35 (2:0). Qrimaldo, 57 (3:0).
Vərəqələr: Navarro, 45+1. Marin, 52. N.Pepe – sarı. 
Hakim: Espen Eskos (Norveç).
28 yanvar. Leverkuzen. 30210 tamaşaçı.
Pafos – Slaviya 4:1 (1:1)
Pafos (Cənubi Kipr): Qorter, Bruno, Lukassen, D.Luis, Pileas (Dimata, 90), Pepe, Orşiç, Kina (Sema, 85), Jaja (Bassuamina, 77), Draqomir, Anderson Silva.
Slaviya (Praqa, Çexiya): Stanek, Dudera, Zima, Oqbu (Haşioka, 61), Xaloupek (Sanyanq, 46), Mboci (Boril, 55), Sadilek, Dorli, Çam (Kuşey, 76), Provod, Prekop (Xorı, 55).
Qollar: Draqomir, 17 (1:0). Xaloupek, 44 (1:1). Bruno, 53 (2:1). A.Silva, 84 (3:1). Orşiç, 87 (4:1).
Vərəqələr: Zima, 26. D.Luis, 90+1. Qorter, 90+6 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
28 yanvar. Limassol. 5109 tamaşaçı. 
Brügge – Marsel 3:0 (2:0)
Brügge (Belçika): Minyole, Sabbe (Sike, 86), Ordonyes (Spileers, 72), Mexele, Seys, Stankoviç (Vetlesen, 86), Onyedika, Vanaken, Forbs, Dyaxon (K.Solis, 69), Vermant (Trezoldi, 86).
Marsel (Fransa): Rulyi, Vea, Murilyo (Obameyanq, 53), Balerdi, Aqerd, F.Medina, Kondoqbiya (O`Rayli, 86), Höyberq, Qrinvud, Traore (Payşao, 46), Quri (Nadir, 86).
Qollar: Dyaxon, 4 (1:0). Vermant, 11 (2:0). Stankoviç, 79 (3:0). 
Vərəqələr: Murilyo, 22. Vanaken, 50. Quri, 80 – sarı.
Hakim: Marko Quida (İtaliya).
28 yanvar. Brügge. 26361 tamaşaçı. 
Atletiko – Bude/Qlimt 1:2 (1:1)
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Pubill, Ximenes (Rucceri, 57), Hantsko, N.Qonsales (Molina, 64), Barrios (Le Norman, 78), Koke (Kardoso, 64), Baena (Almada, 57), Alvares, Sörlot.
Bude/Qlimt (Norveç): Haykin, Şevold, Byortuft, Qunnersen (Alisami, 90), Byorkan, Berq, Evyen (Klyunqe, 90), Fet (Maatta, 83), Blomberq (Oklend, 74), Hauqe, Hoq (Helmersen, 83).
Qollar: Sörlot, 15 (1:0). Şevold, 34 (1:1). Hoq, 59 (1:2).
Vərəqələr: Lyorente, 63. Haykin, 67. Almada, 85. Maatta, 90+5 – sarı. 
Hakim: Mauritsio Mariani (İtaliya).
28 yanvar. Madrid. 58910 tamaşaçı.
Atletik – Sportinq 2:3 (2:1)
Atletik (Bilbao, İspaniya): Simon, Qorosabel, Paredes, Berçiçe, Boyro, Reqo, De Qalarreta (Vesqa, 66), U.Qomes (S.Sançes, 66), Sanset (Berenger, 50), Navarro (Serrano, 81), Quruseta (Hyerro, 81).
Sportinq (Lissabon, Portuqaliya): R.Silva, Fresneda, Diomande (Kuareşma, 54), İnasio (Rays, 26), M.Arauxo, Hülmann, Simoeş (Morita, 54), Katamo, Braqansa (Qonsalveş, 54), Trinkan (Alisson Santos, 87), Suares.
Qollar: Sanset, 3 (1:0). Diomande, 12 (1:1). Quruseta, 28 (1:1). Trinkao, 62 (2:2). Alisson Santos, 90+4 (2:3).
Vərəqələr: Rays, 29. U.Qomes, 35. M.Arauxo, 39. Quruseta, 44. Simoeş, 49. Qonsalveş, 55. Paredes, 75. Vesqa, 82. Kuareşma, 86 – sarı. 
Hakim: Feliks Svayer (Almaniya).
28 yanvar. Bilbao. 52065 tamaşaçı.
Yunion – Atalanta 1:0 (0:0)
Yunion (Brüssel, Belçika): Sherpen, Patris, Makallister, Sayks, Bercess, Xalayli, Van De Perre, Zorqan (Şufs, 57), Əl-Hac (Leysen, 90+2), Gilyerme (Nyanq, 85), Floruç (Fuseyni, 57).
Atalanta (Berqamo, İtaliya): Sportyello, Zappakosta, Kossunu (Paşaliç, 74), Hin, Ahanor, Bernaskoni, Ederson, Musa, (De Roon, 52), Samarciç (De Ketelare, 52), Lukman (Sulemana, 51), Krstoviç (Skamakka, 61).
Qol: Xalayli, 70.
Vərəqələr: Bercess, 10. Samarciç, 28. Ahanor, 69. Sayks, 77. Skamakka, 90+3 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
28 yanvar. Brüssel. 15010 tamaşaçı.
Ayntraxt F – Tottenhem 0:2 (0:0)
Ayntraxt (Frankfurt, Almaniya): Kaua Santos, Buta, Amenda, Kox, Teate, Braun (Doan, 72), Skiri (Çaibi, 72), Höylunn (Mahmud Dahud, 72), Larsson (Bahoya, 83), Götse (Dills, 83), Knauff.
Tottenhem (London, İngiltərə): Vikario, Spens, Danso, Romero, Udoci (Bayfild, 89), Qrey, Palyinya, Odober (Solanke, 73), Sarr, Simons, Kolo Muani (Skarlett, 84).
Qollar: Kolo Muani, 47 (0:1). Solanke, 77 (0:2).
Vərəqələr: Vikario, 75. Palyinya, 90+2 – sarı. 
Hakim: Xesus Xil Mansano (İspaniya).
28 yanvar. Frankfurt. 58000 tamaşaçı.
Ayaks – Olimpiakos 1:2 (0:0)
Ayaks (Amsterdam, Niderland): Yaroş, Qoey, Şutalo, Baas, Veyndal (Neş, 87), Reqeer, Ster (Edvardsen, 69), Klaassen (Bunida, 69), Qlux (Mokio, 80), Qodts, Dolberq (Veqhorst, 80).
Olimpiakos: (Pirey, Yunanıstan): Solakis, Koştinya, Retsos, Pirola (Byankone, 28), Orteqa, Muzakitis (Şipioni, 72), Esse, Rodiney (Podense, 87), Martinş (Onyemaeçi, 87), Əl-Kaabi (Çikinyo, 72), Taremi.
Qollar: Martinş, 52 (0:1). Dolberq, 69-p. (1:1). Esse, 79 (1:2).
Vərəqələr: Koştinya, 45+1. Esse, 49 – sarı. 
Hakim: Fransua Letesye (Fransa).
28 yanvar. Amsterdam. 51719 tamaşaçı.
1. Arsenal 8 8 0 0 23-1 24
2. Bavariya 8 7 0 1 22-8 21
3. Liverpul 8 6 0 2 20-8 18
4. Tottenhem 8 5 2 1 17-7 17
5. Barselona 8 5 1 2 22-14 16
6. Çelsi 8 5 1 2 17-10 16
7. Sportinq 8 5 1 2 17-11 16
8. Mançester Siti 8 5 1 2 15-9 16
9. Real 8 5 0 3 21-12 15
10. İnter 8 5 0 3 15-7 15
11. PSJ 8 4 2 2 21-11 14
12. Nyukasl 8 4 2 2 17-7 14
13. Yuventus 8 3 4 1 14-10 13
14. Atletiko 8 4 1 3 17-15 13
15. Atalanta 8 4 1 3 10-10 13
16. Bayer-04 8 3 3 2 13-14 12
17. Borussiya D 8 3 2 3 19-17 11
18. Olimpiakos 8 3 2 3 10-14 11
19. Brügge 8 3 1 4 15-17 10
20. Qalatasaray 8 3 1 4 9-11 10
21. Monako 8 2 4 2 8-14 10
22. Qarabağ 8 3 1 4 13-21 10
23. Bude/Qlimt 8 2 3 3 14-15 9
24. Benfika 8 3 0 5 10-12 9
25. Marsel 8 3 0 5 11-14 9
26. Pafos 8 2 3 3 8-11 9
27. Yunion 8 3 0 5 8-19 9
28. PSV 8 2 2 4 16-16 8
29. Atletik 8 2 2 4 9-14 8
30. Napoli 8 2 2 4 9-15 8
31. Kopenhagen 8 2 2 4 12-21 8
32. Ayaks 8 2 0 6 8-21 6
33. Ayntraxt F 8 1 1 6 10-21 4
34. Slaviya 8 0 3 5 5-19 3
35. Vilyarreal 8 0 1 7 5-18 1
36. Kayrat 8 0 1 7 7-22 1
Bombardirlər: Mbappe (Real) – 13, Keyn (Bavariya) – 8, Holann (Mançester Siti) – 7, Osimhen (Qalatasaray), Martinelli (Arsenal), Qordon (Nyukasl) – 6.
Faktlar
* “Atletiko”dan Sörlot bu mövsüm “böyük beşlik”də bütün turnirləri nəzərə almaqla Keyn, Maktominey və Pelleqrino ilə birlikdə başla ən çox (6) qol vuran futbolçudu.
* Koke “Atletiko”da Simeonenin başçılığı altında ÇL-də 110-cu oyununu keçirdi. O, “Mançester Yunayted”də Aleks Ferqyusonun başçılığı altında 134 oyun keçirmiş Rayan Giqqz və 124 oyun keçirmiş Pol Skoulzdan sonra bu turnirdə bir məşqçi ilə ən çox oyuna çıxan 3-cü futbolçudu.
Oyundan sonra
Yakob Neestrup, “Kopenhagen”in baş məşqçisi:

“Oyunçularımı günahlandıra bilmərəm. Meydanda bütün gücümüzü qoyduq. İlk yarıda çox yaxşı təsir bağışladıq. Bir neçə fürsət yaxaladıq və rəqibin cərimə meydançasında dəfələrlə topla oynadıq. İkinci hissədə “Barsa” tempi artırdı. İndiki “Barselona”nı yalnız Qvardiolanın dönəmindəki komanda ilə müqayisə etmək olar. Çünki top onlarda olanda, demək olar, səhvə yol vermirlər. İnanılmaz texnikalı oyunçulara sahibdilər. Uzun illərdi, futbolun içində yer alan bir şəxs kimi başa düşürəm ki, bizim üçün bu stadionda hətta bir qol vurmaq da böyük hadisədi. Amma ən azı darmadağından qurtula bilərdik”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“İlk növbədə rəqibi təbrik edirəm. Onlar bu gün müdafiədən hücuma əla çıxırdılar. Oyunboyu mükəmməl müdafiə olundular. İlk yarıda nə qədər fürsət yaxaladığımızı nəzərə alsaq, daha çox qol vura bilərdik. İkinci hissəyə şanssız başladıq və qapı önündəki qarışıqlıqdan sonra qol buraxdıq. Öz fürsətlərimizi isə dəyərləndirə bilmədik. Bu nəticə ilə barışıb növbəti oyuna hazırlaşmalıyıq. Azarkeşlərin narazılıq bildirməyə tam haqları çatır. Bizim işimiz üzərimizdə işləməkdə davam etməkdi. Ötən həftə “Qalatasaray”ı yenə bilməməyimiz məni daha çox üzmüşdü. Çünki o matçı əla keçirmişdik. Düzgün yolda olduğumuzu düşünürəm. Nəticələrimiz mütləq düzələcək”.

Kyetil Knutsen, “Bude/Qlimt”in baş məşqçisi:

“İlk oyunlardan gözəl anlayırdıq ki, daha intensiv futbol sərgiləməliyik. Dekabrda İspaniyaya gələrək toplanış keçdik. Əvvəlcə “Mançester Siti”ni yenərək böyük uğurlar qazanmağa qadir olduğumuzu göstərdik. İndi də daha bir mühüm zəfər əldə etdik. Bu iki qələbəni hansı sözlərlə ifadə etməli olduğumu bilmirəm. Rəqabətədavamlı və güclü oyun sərgilədik. Hər mövqedə dünya səviyyəli futbolçulara malik olan “Atletiko” kimi bir rəqibə qarşı belə oynamaq heç də asan deyil. Hələ də pley-offa vəsiqə qazanmağımıza bir söz tapa bilmirəm”.

Tomas Frank, “Tottenhem”in baş məşqçisi:

“Oyunumuzdan çox razı qaldım. Əvvəldən sona qədər yaxşı təsir bağışladıq. Hiss olunurdu ki, oyunun axarına nəzarət edirik. Hələ ilk yarıda hesabı açmalıydıq. Layiq olduğumuz qolları yalnız ikinci hissədə vurduq. ÇL-də səfər matçında qol buraxmadan inamlı qələbə qazanmaq asan məsələ deyil. Ona görə də komandamdan məmnunam”.

Erik Di Meko, “Marsel”in sabiq futbolçusu:

“Düzünü desəm, nə deyəcəyimi bilmirəm. Artıq elə təəssürat yaranırdı ki, pley-offa vəsiqə cibimizdədi. Bu, komanda üçün çox ciddi bir zərbədi. “Marsel” 2014-cü ildə də qrup mərhələsini sıfır xalla tamamlayan ilk Fransa təmsilçisi olmuşdu. İndi də yeni formatda pley-offa çıxa bilməyən ilk Fransa təmsilçisi oldu. “Brügge”yə belə uduzmağa nə ad verəsən?! Biz son turun ən böyük axmaqları olduq! Bu klubun fanatı kimi hələ də özümə sual verirəm ki, 62 yaşımda nə üçün bunları yaşamalıyam?”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri