Icma.az
close
up
RU
Bugattinin dünyada ən böyük şourumu olan Bugatti Baku təntənəli açılışını qeyd edir

Bugattinin dünyada ən böyük şourumu olan Bugatti Baku təntənəli açılışını qeyd edir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yeni il ilə birgə Bugatti-nin hekayəsində nəfəs kəsən yeni bir dövr bizi gözləyir.

APA xəbər verir ki, Bugatti-nin heyranlıq doğuracaq hiper idman avtomobili Tourbillon, Şanxay və Honq Konqda iz buraxdıqdan sonra, oradan Qərbə istiqamətlənərək ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıda yeni şourum-un açılışında təqdim edilib.

Bakının dəniz sahilinin yaxınlığında, şəhərin premium lüks mərkəzində yerləşən “Bugatti Baku" dünyanın ən böyük Bugatti shourum-u kimi rəsmi olaraq qapılarını açıq elan edib. Bölgədə dünya miqyasında tanınan lüks avtomobil markalarını təmsil edən Nazar Holdings-ə məxsus bu şourum, Bugatti-nin yeni vizual kimliyinin və yaradıcı istiqamətinin nə qədər heyranedici olduğunu göstərməklə yanaşı, eyni zamanda zövq sahibləri, media təmsilçiləri və ölkə rəsmilərinin iştirak etdiyi möhtəşəm və təntənəli Açılış Gecəsi üçün ideal məkan olub.

Bu möhtəşəm gecənin xüsusi qonağı olan Bugatti Tourbillon modeli, Asiya və Avropanın qovşağında yerləşən, tarixi və müasir memarlıq incəliklərini özündə birləşdirən Azərbaycanın paytaxtı Bakı şəhərində ilk debütü ilə yeni bir dövrün başlangıcını elan edir. Şəhərin Flame Towers, Crescent Bay göydələn kompleksləri, Qız Qalası kimi möhtəşəm tarixi memarlıq abidələri bu yeni hiper idman avtomobilinin ecazkar dizayn konseptini tamamlayaraq gecəyə unudulmaz bir damğa vurub.

Hendrik Malinowski, Bugatti-nin İdarəedici Direktoru:

"Bugatti Baku-nun möhtəşəm açılışı və Nazar Holdings ilə uğurlu tərəfdaşlığımız sayəsində biz brendin gücünü dünyanın maraqlı bazarlarında daha da genişləndirir və möhkəmləndiririk. Tərəfdaşlarımız müştərilərimizlə əsas əlaqə nöqtələrimizdir; onlar müştərilərimizi Bugatti dünyasına qovuşdurmaq üçün vacib bir körpü rolunu oynayır. Onların Bugatti-nin zəngin irsi və vizyonu ilə tam şəkildə tanış olmaq, həmçinin gözləntiləri aşan misilsiz bir təcrübə yaşamaq üçün bizim əzm və sadiqliyimizi bölüşmələrini yüksək qiymətləndiririk. Nazar Holdings, bu müştəri yolunu asanlaşdıran etibarlı bir tərəfdaşdır və Bugatti-ni regionda ən yüksək səviyyədə təmsil etmək üçün ən yaxşı komanda olduğunu sübut edərək gələcəkdə daha böyük uğurlar qazanmağa layiq olduğunu göstərir.

Ali Nazar, Nazar Holdings-in sahibi:

Bugatti Baku şourum-u təkcə dünyanın ən böyük şourum-u deyil, həm də brendin lüks və innovasiya irsinin bariz təsdiqidir. Biz bununla fəxr edirik."

Bununla belə, mükəmməlliyə olan bu sadiqlik təkcə Bugatti-nin avtomobil nailiyyətləri ilə məhdudlaşmır. Sərgidə nümayiş olunan incə Jacob & Co. Tourbillon saatı təkcə yeni hiper idman avtomobilinə əlavə edilmiş "Haute Horlogerie" sənətini deyil, həm də onun mürəkkəb V16 mühərrikini əks etdirir. Bu, Bugatti Baku-nu və indiyə qədər yaradılmış hər bir Bugatti-nin dizaynını müəyyən edən mükəmməlliyin layiqli simvoludur.

Kostas Psarris, Bugatti Yaxın Şərq və Asiya Region Direktoru:

"Bugatti Tourbillon-un bu regionda ilk dəfə təqdim edilməsini izləmək hamımız üçün duyğulu bir an oldu.

Bölgədə lüks avtomobil bazarının lideri olan Nazar Holdings ilə 2023-cü ildə başladığımız əməkdaşlıq nəticəsində Bugatti-nin yeni modelini Bakıya gətirməyə nail olduq. Bizim üçün ən vacib məsələ müştərilərin istəklərini təmin etməkdir. Təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanda Nazar Holdings ilə çox böyük uğurlara imza atacağıq."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Fevral 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri