Icma.az
close
up
RU
BUĞDA İSTEHSALI 20 İL ƏVVƏLKİ SƏVİYYƏYƏ DÜŞÜB “Bu sahəyə milyardlar ayrılıb, ancaq...”

BUĞDA İSTEHSALI 20 İL ƏVVƏLKİ SƏVİYYƏYƏ DÜŞÜB “Bu sahəyə milyardlar ayrılıb, ancaq...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vahid Məhərrəmli: “Əsas səbəb aqrar sektora uzun illər qeyri-peşəkarların rəhbərlik etməsidir”

“Azərbaycanda buğda istehsalı alıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci ildə buğda istehsalı 1 milyon 609.8 min ton təşkil edib. Bu da əvvəlki ilə nisbətən 4,5%, yəni 73 000 ton azdır. Qeyd etməliyəm ki, Azərbaycanda strateji əhəmiyyət kəsb edən buğda istehsalı 2019-cu ildə (2171490 ton) indikindən 561,7 min ton çox olub. Son 6 ildə ölkədə buğda isrehsalı 25,8% azalmışdır”.

Bunu “AzPolitika”ya şərhində kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Vahid Məhərrəmli bildirib.

İqtisadçı xatırladır ki, ölkə başçısı İlham Əliyevin 2022-ci ildə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən 2023-cü ildən başlayaraq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri hər 1 ton buğda üçün 100 manat məbləğində məhsul subsidiyası, buğda əkini sahəsinin hər hektarına görə isə 210 manat əkin subsidiyası əldə edirlər.

“Onu da xatırladım ki, 2007-ci ildən başlayaraq, buğda istehsalçıları üçün ayrılan subsidiyaların həcmi digər sahələrlə müqayisədə iki dəfə çox olub. Buna baxmayaraq son illərdə buğda istehsalının ilbəil azaldığını müşahidə edirik”, - mütəxəssis qeyd edib.

Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün hər il ölkədə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğda tədarükünü elan edir.


V.Məhərrəmli təəssüflə bildirir ki, Dövlət Ehtiyatları Agentliyi qəbul etdiyi ərzaqlıq buğdanın həcmi ilə bağlı məlumatları ictimailəşdirmir:“Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri mətbuat nümayəndəsinə verdiyi müsahibədə qeyd edib ki, ərzaqlıq buğda proqramına 2022-2023-cü illərdə 27 təsərrüfat qoşulmuşdursa, 2024-2025-ci illərdə təsərrüfatların sayı 50-yə çatıb. Nazirliyin işçisinin sözlərindən belə çıxır ki, keçən iki il ərzində ərzaqlıq buğda proqramına qoşulanların sayı 85% artsa da, ərzaqlıq buğdanın əkin sahəsi (22,4 min hektardan 23 min hektaradək) cəmi 2,5% artıb, ərzaqlıq buğda istehsalında isə artım (111,8 min tondan 125 min tonadək) 11,8% təşkil edib. Dövlət Statistika Komitəsi isə buğda istehsalında artım deyil, azalmanın olduğunu göstərir”.

İqtisadçı əlavə edir ki, DSK 2025-ci ildə buğdanın məhsuldarlığını 33,5 sentner göstərir: “Xatırladım ki, 2025-ci ildə ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun da 505 696 hektarını buğda sahələri təşkil edib. DSK 2025-ci ildə yazlıq buğda əkini ilə bağlı heç bir məlumat verməyib. Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən aparılan hesablamalar göstərdi ki, 2025-ci ildə ölkə üzrə buğdanın məhsuldarlığı orda hesabla DSK təqdim etdiyi kimi 33,5 sentner deyil, 31,8 sentner təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 0,9 sentner çox olsa da, 2023-cü il göstəricisindən 2 sentner aşağıdır”.

V.Məhərəmli vurğulayır ki, Azərbaycan 20 il əvvəl indikindən daha çox buğda istehsal edib. Belə ki, 2004-cü ildə ölkədə ilkin çəkidə 1614,3 min ton buğda istehsal edilib ki, bu da indikindən 4500 ton çoxdur. 2004-cü ildən ilndiyə kimi ölkə əhalisinin sayı 1,9 milyon nəfər artmasına baxmayaraq, buğda istehsalı ilə bağlı vəziyyət dəyişməz qalıb.

“Baxmayaraq ki, keçən müddət ərzində sahənin inkişafı adı ilə büdcədən milyardlarla manat dövlət vəsaitləri xərclənib”, - iqtisadçı vurğulayıb.

Vahid Məhərrəmli sonda qeyd edir ki, Azərbaycanda buğda istehsalında nailiyyətlərin əldə edilməməsinin əsas səbəbi Kənd Təsərrüfatı Nazirliyinə uzun illər qeyri-peşəkarların və bacarıqsız kadrların rəhbərlik etməsidir. Bu səbəbdən də hökumət hələ də aqrar siyasəti müəyyən edə bilməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri