Buğdanın Azərbaycan vasitəsilə idxalı daha sərfəlidir Ermənistanın iqtisadiyyat naziri
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İqtisadi baxımdan buğdanın Azərbaycan ərazisi vasitəsilə Ermənistana idxalı daha sərfəlidir”. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Jurnalistlərin müvafiq sualına nazirin aydınlaşdırıcı cavabı belə olub:
“Keçən il bu vaxt mən hesab-fakturalara baxırdım: sərhəddə Rusiyadan buğdanı 190-200 dollara alırdıq. Bu gün isə buğdanın qiyməti 275 dollardır, yəni qiymət artıb. İndi bu, məsələn, daha tez almağımıza, daha fasiləsiz əldə etməyimizə, deyək ki, 10-20 dollar daha ucuz başa gəlməsinə kömək edə bilərmi? Bəli. Başqa amillər daha çox təsir edir, bu yolla 20 dollar ucuzlaşdıra bilərik, amma baxın, tək bir amil nəticəsində qiymət 85 dollara qədər artıb.
Daha ucuz olacağını gözləyə bilərikmi? Bəli, daha ucuz olacaq, daha tez olacaq. Ardınca məntiqi sual yaranır: bu, çörəyin qiymətinə nə qədər təsir edəcək? Bu suala cavab verə bilmərəm, çünki çoxlu amillər təsir göstərir.
Məsələn, Lars yolu (Gürcüstan-Rusiya) qar fırtınası və ya sel səbəbindən bağlananda nə edirik? Ehtiyat buğdamızdan istifadə etməyə başlayırıq, əks halda ölkədə çörək olmaz. Bu halda isə ehtiyat buğdaya toxunmayacağıq. Bəs Lars aylarla təmir olunmasa, onda hansı vəziyyət yaranacaq?”.
Xatırladaq ki, Gevorq Papoyan bundan əvvəl Ermənistanın Azərbaycan-Gürcüstan dəmir yolu vasitəsilə buğdanın yeni partiyasını qəbul edəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Dekabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















