Icma.az
close
up
RU
Buğdanın göyə çəkilməsi Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi Murad Köhnəqalanın yeni hekayəsi

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Murad Köhnəqalnın "Buğdanın göyə çəkilməsi" adlı yeni hekayəsini təqdim edir.

Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm

Marketdən əlində dolu torba ilə çıxan qızcığazın arxasınca balaca bir it düşdü. İt qızın yanı ilə xeyli yürüdükdən sonra “hey!” deyə bir səs çıxartdı. İtin qeyri-adi səsindən diksinən qızcığaz yüngülcə kənara atıldı. Onun bu təlaşını hiss edən it:

- Qorxma, dostum, mən danışa bilirəm, - dedi və əlavə elədi: - Adətən, səni mağazaya gələndə yox, daha çox məktəbə gedəndə görürəm. Mənimlə dost olarsan?

- Dost? Hə, olaram, heç heyvan dostum yoxdu, - qızcığaz mehriban səslə dilləndi, - düz deyirsən, biz məktəbə həmişə bu yolla gedirik. Bayaq qardaşım dostları ilə futbol oynamağa getmişdi, ona görə anam mağazaya məni göndərdi.

- Qoxusundan bilirəm ki, torbanda kolbasa da var, - deyib, it üst dodağını yaladı.

- Kolbasa, pendir, süd, çörək, konfet almışam, - qızcığaz yanı ilə tullana-tullana gedən itin sözlərini təsdiqlədi.

- Heey, mənə bir dilim kolbasa-çörək verərsən? – deyə, it yalvarıcı səslə ondan soruşdu.

- Əlbəttə verərəm!

Qızcığaz torbanı açıb bir az çörək, bir neçə dilim kolbasanı səkinin kənarında onun qarşısına qoydu və dayanıb gözlədi. İt kolbasa-çörəyi cəld yedikdən sonra oturub arxa ayağı ilə qulağının dibini qaşıdı.

- Sənə nə olub, niyə qaşınırsan? - itdən soruşdu.

- Bilirsəəən? - it utanaraq cavabını bir az ləngitdi, - axmaq birələrdi, bədənimizə düşüb bizi yeyir, dəhşət qaşınır, qaşınır, qaşınır.

- Bəs onun dərmanı yoxdu?

- Hoho! Niyə yoxdu? Bunun dərmanı siz insanlardadı. Bit-birəyə qarşı şampunlar var, gərək insanlar həmin şampunlarla bizi çimizdirsin. Yazıq küçə pişiklərini da birələr məhv eləyir. Əşi, nə isə, bu söhbəti buraxaq, sən mənə yenə kolbasa verə bilərsən?

- Əlbəttə! - deyib, qızcığaz onu yenə kolbasa-çörəyə qonaq elədi. İt onun bu hədiyyəsini də yedikdən sonra ağız-burnunu yalayıb aralarında yaranmış dostluğu dərinləşdirmək üçün soruşdu:

- Sən çox yaxşı qızsan, adın nədi?

- Adım İpəkdi! Bu adı mənə nənəm verib. Dediyinə görə o, mənim ipək kimi mülayim bir insan olmağımı arzulayıb.

- Oy, nə yaxşı addı! – İt qızcığazın qarşısında tullanıb-düşdü, - mənim də adım Bibodu, Bibo! Bu adı mənə dostlarım qoyub. Bilirsən niyə? Küçədə siqnal verən maşınları görəndə əsəbiləşib dəli oluram, ona görə.

- Hə, yersiz siqnal verən maşınlara mən də əsəbiləşirəm. Lazım oldu-olmadı siqnal verir, ətrafdakıları veclərinə almırlar. Halbuki, maşınlardakı siqnallar ən gərgin vəziyyətlər üçün quraşdırılıb.

İpəyin mehriban bir insan olduğunu duyan Bibo ürəyini ona açmaq qərarına gəldi:

- Dərdimiz təkcə siqnal olsaydı nə vardı, İpəkcim? Bir də görürsən, yekə-yekə kişilər əlinə daş alıb bizi qovurlar. Bəzi uşaqlar da onlardan öyrənib, biz itləri harda gördülər daşlayırlar. Hərdən olur, gedib uzaqdan qorxa-qorxa ət satan kişilərin əllərini güdürük ki, bəlkə bizə də bir tikə atdılar. Atmırlar! Dəhşət zalımdırlar! Fikirləşmirlər ki, bizim həyatımız onların insafından asılıdır. Həmin kişilərin çayxanalarda oturub zalımdan-zülmdən danışdıqlarını çox eşitmişəm, ancaq öz zalımlıqlarından xəbərləri yoxdu.

- Aaa, gör ee, bu şeylərə heç mən də fikir verməmişdim! Bibo, indən belə anam məktəb üçün qoyduğu buterbrodların hamısını sənə verəcəm, yaxşı? – deyə, İpək kövrək səslə dilləndi.

- Yoox, İpək, gəl, belə eləməyək! Onda sən ac qalarsan. Bilirsən, necə eləmək lazımdı? Sən anana de ki, buterbrodu bir az çox qoysun, bax, onda yarısını mənə verə bilərsən.

- Hə-hə, bu, əla fikirdi!

İpəyin razılığından ürəklənən Bibo fürsət ikən yolboyu ona ürəyindəkilərdən danışmağa başladı:

- Bilirsən? Gəl, sənə bir əhvalat danışım, gör, insanlar bizə qarşı necə amansızdır. Bunu mənə anam söyləyib. Ona da öz anası danışıbmış. Deyir, qədimlərdə Tanrı təbiətdə hər cür nemətdən bol yaradıbmış. İnsanlar biri-biri ilə çox mehriban dolanırmış. İtlər də həmişə onların yanında olurmuş. O qədər bolluq imiş ki, sünbüllərin gövdəsindəki buğdalar lap aşağıdan yuxarıyacan düzülürmüş. Başa düşürsən? Yəni, sünbülün üstü tamam buğda ilə örtülü olurmuş.

Bir gün insanlar Tanrının bəxş elədikləri ilə kifayətlənməyib ona asi düşərək öz aralarında müharibələrə başlayırlar. Onlar biri-birinin yurd-yuvasına hücum edir, güclü olanlar zəifləri əsir götürüb işgəncələr altında qul kimi işlədir. Tanrı insanların bu bolluqda qudurğanlıq etməsindən qəzəblənib onların çörəyini azaltmaq üçün buğdanı yavaş-yavaş göyə çəkməyə qərar verir. Beləcə, buğdalar sünbüllərin aşağısından yavaş-yavaş yuxarıya doğru yoxa çıxmağa başlayır. Başları didişməyə qarışan insanların bundan heç xəbəri də olmur.

Lakin itlər görür ki, çörək tamamilə yoxa çıxacaq, yığışıb üzü göyə ulaşaraq Tanrıya yalvarırlar. Tanrının onlara yazığı gəlir və itlər ac qalmasın deyə sünbülün ucunda buğda saxlayır. İnsanların hələ də xəbəri yoxdu ki, onlar bizim payımızı yeyirlər. Qoy yesinlər, ancaq bizə də verməlidirlər, axı!

- Ay aman, gör, sizə qarşı nə qədər haqsızlıq eləyirik! – deyə, İpək bu dəfə lap ağlamsındı.

- Yox-yox, sən kövrəlmə, İpəkcim! Sənin nə günahın? Sənin çox gözəl qəlbin var! - Bibo ona təskinlik verdi. - Ümumiyyətlə, uşaqların qəlbi gözəl olur, lakin təəssüf ki, böyüdükcə onlar da zalımlaşırlar.

Bibo getdiyi yerdə dayanıb əlini çənəsinə qoyaraq filosof pozası aldı və söhbətinə belə bir yekun vurdu:

- Bu yerdə qeyd etməliyəm ki, balacaları da sonradan böyüklər zalımlaşdırır.

- Mən də böyüyəndə zalımlaşacam, Bibo? – İpək təlaşla soruşdu.

- Qulaq as! Baax, böyüklər həmişə həyatı, yaşayışı çətinləşdirməklə məşğul olublar. Həyatda nələrəsə nail olmaq istəyən gənc də getdikcə zalımlaşır və nəticədə zalımlardan ibarət kişi sürüsü meydana gəlir. Zalım kişilərdən də zalım bir cəmiyyət yaranır. Onu da deyim ki, qadınlar həyat çarpışmalarında nisbətən passiv olduqlarına görə, kişilərlə müqayisədə o qədər də zalımlaşmırlar. Yəni, sən böyüyəndə heç də zalım olmayacaqsan, İpək! Ancaq insanın özündən də çox şey asılıdı. Mən fikir vermişəm, ən zalım insan, əsasən, savadsızlardan, bilgisizlərdən əmələ gəlir. Belələri elə bilir, həyatda yalnız onlar yaşamalıdı. Qətiyyən başqaları haqda düşünmür, ehtiyacı olanlara yardım eləmirlər. Həmin insanlar öz həmcinslərinə bu cür baxırsa, gör, bizlər haqda nələr düşünürlər?! Elələrinə qalsa bizim nəslimizi yer üzündən silərlər.

- Çox sağ ol, Bibo, sən mənə çox şey öyrətdin. Mənim üçün çox gərəkli söhbət elədin. Mən artıq evə çatıram...

- Hə, başa düşürəm, mən küçə itiyəm, narahat olma, səninlə evinizə getmərəm, indi geri qayıdıram.

- Bibo, bəs, bu hekayəni yazan kimdi? – deyə, İpək boynunu azacıq yana əyərək maraqla soruşdu.

- Bu hekayənin müəllifi? Hə, o da mənim kimi bir küçə şairidi! – Bibo kədərli səslə cavab verdi.

- Anladım, Bibo! Xoşca qal, mənim əziz dostum! Sabahdan hər səhər məni məktəb yolunun üstündə gözləyərsən, buterbrodunu gətirəcəm.

- Oldu, mütləq gözləyəcəm, hələlik! Heeey, kolbasasını bol eləyərsən!!!

Ən gözəl 10 yay filmi - Siyahı Məşhur musiqiçi vəfat etdi Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti kimdir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri