Icma.az
close
up
RU
Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış yazıçı Murad Köhnəqalanın keçmiş həyat yoldaşı və övladı dələduzluğun qurbanı olub.

Axar.az xəbər verir ki, bununla bağlı yazıçı özü DİN rəhbərliyinə ünvanlandığı müraciətində ətraflı bəhs edib.

Onun sözlərinə görə, Abşeron rayonu, Məmmədli qəsəbəsində keçmiş həyat yoldaşı Zərəngiz Qasımovanın adına çıxarışlı (kupçalı) 3 sot torpaq sahəsi olub:

“Torpaqla qonşu olan İlkin Eldar oğlu Hümmətov Zərəngiz Qasımovaya və oğluma tez-tez həmin torpağı satın almaq, öz evinin həyətinə əlavə etmək istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyinə görə hər dəfə imtina cavabı alırdı. Çünki Zərəngiz xanım o torpaq sahəsini normal qiymətə satıb özlərinə kiçik bir həyət evi almaq istəyirdi.
Torpaqda gözü olan qonşu İlkin Hümmətov bir gün oğluma zəng edərək: “Sizin torpağı kiçik həyət evi ilə dəyişmək istəyən adam var, gəlin sizi tanış edim”, - demişdi.

Oğlum anası ilə birlikdə özünü İlkinin dostu kimi qələmə verən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Cavanşir Duvangir oğlu Dövlətovun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gedir. Onlar Cavanşirin göstərdiyi evə baxıb bəyənir, torpaqla dəyişməyə razılaşırlar.

Sonra İlkin Hümmətov hər iki tərəfi Binədə yerləşən, doğma əmisi Ramiz Hümmətovun rəis olduğu 31 saylı Notariat Kontoruna aparır. Qurulmuş saxta alqı-satqıda Cavanşir Dövlətovu nədənsə qohumu Teymur Məhərrəm oğlu İbrahimov əvəz edir. Sənədləşdirmə zamanı notarius rəisi Ramiz Hümmətov, Cavanşirin nümayəndəsi Teymur İbrahimov və İlkin Hümmətov Zərəngiz Qasımovaya 3 sot torpağı Cavanşirin adına yox, İlkin Hümmətovun həyat yoldaşı Gülüstan Bəşir qızı Hümmətovanın adına sənədləşdirməyi təklif edirlər. Səbəbini soruşduqda Zərəngizə izah edirlər ki, guya Cavanşirin İlkinə təxminən 3 sot torpağın dəyəri qədər borcu var. Danışıq belə olur, demək, Zərəngiz öz torpağını İlkinin həyat yoldaşı Gülüstan Hümmətovaya simvolik olaraq “satır” və əvəzində Cavanşir Dövlətovun onlara göstərdiyi evə “sahib olur”.

M.Köhnəqala qeyd edib ki, Zərəngiz Qasımova Biləcəri qəsəbəsində ona göstərilən həyət evinin müqabilində özünün adına olan 3 sot torpağı İlkinin həyat yoldaşı Gülüstan Hümmətovanın adına sənədləşdirməyə razılaşır:

“Nəticədə Məmmədli qəsəbəsində yerləşən 3 sot torpaq sahəsi əlindən çıxan Zərəngiz Qasımovaya notarius rəisi Ramiz Hümmətov saxta bələdiyyə sənədində göstərilən iki otaqlı həyət evi “verir”.

Saxta alqı-satqı prosesi bu cür aparılıb: 31 saylı Noitariat Kontorunun rəisi Ramiz Hümmətov Zərəngiz Qasımovaya simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edir. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 (altı) min manat verərək, pulu kamera altında saymağı təklif edir. Zərəngiz Qasımova dövlət məmurunun təklifi ilə razılaşaraq, heç nədən şübhələnmədən həmin məbləği sayır və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alır.

Beləliklə, 27.09.2022-ci il tarixdə Zərəngiz Qədim qızı Qasımova özünə məxsus olan torpağı guya Gülüstan Hümmətovaya 6 min manata “satır”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi evi “alır”. Az müddətdən sonra məlum olur ki, notarius rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Cavanşir Dövlətovun adına olan saxta sənəddə göstərilən ev tamamilə başqa şəxsə məxsusdur. Beləliklə, satış üçün saxta sənədə möhür vurub qol çəkən səlahiyyətli dövlət məmuru, Notariat Kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümbətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar.

Hələ həmin alqı-satqı prosesinə qədər Zərəngiz Qasımova qarşı tərəfin istəklərinə uyğun olaraq guya həmin evin müəyyən avadanlıqları üçün dəfələrlə bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşı Ramilə Əliyevanın adına olan bank hesabına 1500 (min beş yüz) manat pul vəsaiti (qəbzlər durur) göndərib, üstəlik də notarius idarəsində gedən həmin proseslər üçün 600 manat ödəyib.

Zərəngiz Qasımova aldadıldığını başa düşəndə Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Polis idarəsinin müstəntiqi Rövşən Cavadova bütün bu dələduzluq prosesi haqda məlumat verilsə də, indiyədək heç bir nəticə əldə olunmayıb. Araşdırma zamanı o da məlum olub ki, torpağı əlindən alınmış Zərəngiz Qasımova Cavanşir Dövlətovun yeganə “qurbanı” deyil. Belə ki, həmin Cavanşir dələduzluq yolu ilə çoxlu sayda vətəndaşın pulunu və əmlakını mənimsəyibmiş.

Cavanşir Dövlətovun işi ilə bağlı Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə iki məhkəmə prosesi keçirilib. Lakin nədənsə, məhkəmə icraçıları cavabdeh şəxs kimi Cavanşiri heç bir məhkəmə iclasına “gətirə bilməyiblər”. Polis idarəsindən keçmiş xanımıma bildirilib ki, Cavanşir Dövlətovun yol polisində işləyən qayını Rahib Tahir oğlu Əliyev Cavanşirin bəzi zərərçəkənlərə vurduğu maddi zərəri ödəyib. Lakin Cavanşirin anası Əzizə xanım dəfələrlə Zərəngiz Qasımovaya zəng edib, bir daha şikayət etməyəcəyi müqabilində oğlunun ona vurduğu zərəri ödəyəcəyini söz versə də, bu günədək heç bir məbləğ ödənilməyib.

Sonuncu dəfə, 2025-ci il 15 dekabrda Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Şirinov bu işlə bağlı Zərəngiz Qasımovadan yazılı izahat alıb, həm də ondan Ramiz və İlkin Hümmətovların telefon nömrələrini götürüb, lakin indiyə qədər bizə məlum olan heç bir əməli iş görülməyib”.

Murad Köhnəqala DİN rəhbərliyindən kömək istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri