Icma.az
close
up
RU
Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Sabah" Avropa Liqasının 1-ci təsnifar mərhələsinin ilk matçında "Selye"yə uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Rəqibi qələbə münasibətilə təbrik edir, bizi səstəkləyən, stasionda çox gözəl armosfer yarafan azarkeşlərə təşəkkürümü bildirirəm. Təəssüf ki, ilk oyunda uduzduq və tərəfdarlarımız evinə məyus qayıtdı. Bəzi planlarımızı reallaşdıra bilmədik. Bu oyundan dərs çıxarmalıyıq. Çox yaxşı rəqibə qarşı oynadıq. "Selye" haqda az informasiyaya malik idik. Cəmi bir yoxlama matçı keçirmişdilər. Ötənmövsümkü oyunlarını izləmişdik. Məlum oldu ki, həmin tərzlərinə sadiq qalıblar. Hər halda, hər iki komanda matça yaxşı hazırlaşmışdı. "Selye"nin oyuna ortadan başlayıb, sonra cinahlara yayacağını bilirdik. Müəyyən ev tapşırıqları da var idi. Rəqibin cərimə meydançasının yaxınlığında təzyiq yaratmağı bacarırdıq. Lakin həlledici zərbələr zamanı istədiyimizi edə bilmədik. Rəqibin hücumlarının və cinah yarımmüdafiəçilərinin çox güclü olduğundan xəbərdar idik. Bununla yanaşı, qol fürsətlərində kifayət qədər dəqiq oynamadıq. Müdafiə xəttini yarmaqda çətinlik çəkdik. İkinci yarıda oyuna bəzən biz, bəzən də rəqib nəzarət etdi. Növbəti matçlarda daha yaxşısını etməyə çalışacağıq. Futbolçularım haqda mənfi nəsə deyə bilmərəm. Çox çalışdılar ki, səhv etməsinlər. Həvəslə irəli atıldılar. Sadəcə, tələskənlik xeyrimizə olmadı. Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq. Kollektiv şəkildə inamlı oynadıq. Sizə söz verirəm ki, Sloveniyada oyunun taleyini öz xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik.
- "Sabah" Avstriyadakı oyunlarını dumanlı hava şəraitində keçirdi. Elə bil, Azərbaycana gözübağlı qayıtmışdız. Komanda buraxılan qollarda aciz görsəndi. Sloveniya Avstriya ilə həmsərhəddi. Sizcə, orda komandanın gözü açılacaq?
- Çox çətin sualdı. Onu deyə bilərəm ki, biz Azərbaycanı təmsil edirik. Futbolda belə hallar olur. Uğursuz seriyalar da mümkündü. Sizə "Sabah"a, futbolçularımıza hörmət etməyi tövsiyə edirəm.
- Rəqibin baş məşqçisi "Selye"nin daha güclü olduğunu dedi. Bu fikirlə razısızmı?
- Hərənin öz fikri var. Bu barədə mübahisə etmək istəmirəm. "Selye"nin 3:2 hesablı qələbəsi nəyisə həll etmir. Gəlin, cavab matçını gözləyək.
- Erkən qol plana daxil idi? Yoxsa planları pozdu?
- Erkən və son dəqiqə qolları bir çox halda planlara daxil olmur. Buraxdığımız qollarda səhvlərimiz var. Bunlardan nəticə çıxarmalıyıq. Oyun planına sadiq qalaraq növbəti matça hazırlaşacağıq.
- Albert Riera forma rənglərinin oxşar olmasından narazı qaldı. Siz də narazısız? Bu məqam planlarınıza təsir etdi?
- Bu suala cavab bermək çətindi. Futbolçular daha dəqiq cavab verə bilər. Onu deyim ki, biz ev komandasıyıq. "Selye" başqa forma gətirməliydi. Belə halların yaşanması nəinki avrokuboklarda, ölkədaxili turnirlərdə də düzgün deyil. Qaydalara riayət etmək lazımdı.
- Oyunöncəsi mətbuat konfransında komandanın hücum futbolu oynayacağını demişdiz. Bunu görmədik. "Selye" mane oldu, yoxsa hücum futbolu üçün hələ tez olduğunu düşünürsüz?
- Ən yaxşı hücum futbolunu oynatmaq niyyətində olsaq belə, rəqibi nəzərə almaq lazımdı. "Selye" üzərində təzyiq yarada bildik. İkinci hissədə isə rəqib üstün oynadı. Bunda onların ikinci hissə başlayan kimi qol vurmasının da rolu oldu. Hücum futbolu anlayışına daha fərqli yanaşmaq lazımdı. Biz dominant olmağa çalışdıq. Statistikalara baxsaz, biz daha üstün idik. Xüsusilə, ötürmə saylarında.
- Qısa müddətdi burda olsaz da, komandanı matça düzgün hazırlaya bilmişdiz. İki dəfə hesabda önə keçməyi də bacardız. Düşünmürsüz ki, matçın taleyini qaçırılan fürsətlər həll etdi?
- Düzdü, fürsətlərdən yararlana bilmədik. Amma oyuna nəzarət edən tərəf biz idik. Futbolçularım matça fiziki cəhətdən tam hazır deyildi. Bilin ki, komandanın potensialı böyükdü. Cavab matçında daha inamlı oynayacağımıza əmin ola bilərsiz. Məncə, matçın qırılma nöqtəsi üçüncü qolu buraxmağımız oldu.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri