Bugünkü oyun bir az çirkin alındı “Sabah”ın baş məşqçisi
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hazırda xallar haqda danışmaq çox erkəndir. İtirdiyimiz xalları qazana bilərik. Bugünkü oyun haqda onu deyə bilərəm ki, bir az çirkin alındı. Yaxşı oyun görmək istərdik. Belə hallar olur. Çalışacayıq ki, növbəti oyunlara, xüsusilə “Praqa” ilə matça yaxşı hazırlaşaq.
Redaktor.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 0:0 hesablı heç-heçəni belə şərh edib:
"Premyer liqadakı oyunları təxirə salmağa gəldikdə, bu, lazım deyil. Çünki komandamız bunun üçün dözümlüdür, mübarizə aparmağa davam edirik. Hər oyundan sonra daha yaxşısı üçün çalışmalıyıq.
Oyunçularımı bu oyunlara hazırlamaq mənim vəzifəmdir. Hər kəsin öz işinin çətinliyi var, lakin bu işi görməliyik. Çətin günlər də olur. Bizim əsas işimiz komandanı hazırlamaqdır.
Mən istəyirəm ki, mənimlə qalan oyunçular daha çox oynasınlar. Mən onlara daha çox şans vermək istəyirəm. Hər zaman mənimlə qalan oyunçulara daha çox inanıram.
Əlbəttə, işimiz bu il daha çətindir. Keçən il biz yalnız öz çempionatımızda mübarizə aparırdıq. Lakin Çempionlar Liqasında oynamaq bizim üçün xəyal idi. Mən bu haqda şikayət edə bilmərəm. Daha çox çalışmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 09 Oktyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















