“Builki layihədə yoxam”
Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mənim nümayəndə heyəti ilə əməkdaşlığım “Eurovision 2025” müsabiqəsindən sonra, müqaviləm bitdiyi üçün başa çatdı. Builki layihədə iştirak etmirəm”.
Bu sözləri OLAY-a açıqlamasında Avroviziya qalibimiz Eldar Qasımov deyib. O bildirib ki, builki müsabiqədəki mahnımız və təmsilçimizlə bağlı cavabdehlik daşımır:
“Keçmiş illərdə mən musiqi prodüserliyi istiqamətinə cavabdeh idim və seçilmiş mahnı üzərində yerli və beynəlxalq müəlliflər və studiyalarla işləyirdim. İfaçı və mahnı seçimi isə peşəkar münsiflər heyəti tərəfindən edilirdi. “Eurovision” çox mürəkkəb və komanda işi tələb edən bir prosesdir və nəticə bəzən çox xırda detallardan asılı olur.
Ölkəmizi bu il təmsil edən Jiva-ya ürəkdən uğurlar arzulayıram. “Just Go” mahnısını hamı kimi mən də dünən ilk dəfə dinlədim. Jivanın vokalı həqiqətən güclüdür.
Məncə, müəllifin ideyası mahnını retro üslubunda təqdim edib bir az nostalji ovqatı yaratmaqdır, dinləyəndə adamda “sanki haradansa tanışdır” hissi yaranır. Maraqlı gedişdir və bəlkə də yarımfinalda yenidən səs verən münsiflər heyətinin xoşuna gələr.
Qarşıda böyük iş var. Əsas məsələ isə bu yolda həm işləməyi, həm də prosesdən zövq almağı bacarmaqdır. Axı bu, “Eurovision”dur. Uğurlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Mart 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















