Icma.az
close
up
RU
Builki ən “bahalı” Fəlakətlər

Builki ən “bahalı” Fəlakətlər

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Alimlər 2025-ci ildə baş verən ən dağıdıcı iqlim fəlakətlərinin iqtisadi zərərini hesablayıblar.

“Qafqazinfo” xəbər verir ki, “The Guardian” qəzetində dərc olunan və Kristian Eid tərəfindən hazırlanan yeni hesabat istilik dalğaları, meşə yanğınları, quraqlıqlar və fırtınaların iqlim dəyişikliyinin real maliyyətini ortaya qoyduğunu göstərir.

Hesabata görə, 2025-ci ildə baş verən ən dağıdıcı 10 iqlim fəlakətinin ümumi zərəri 120 milyard dolları keçib.

Alimlər vurğulayırlar ki, bu rəqəmlər yalnız sığorta ilə əhatə olunan itkiləri əks etdirir və fəlakətlərin həqiqi zərəri bundan xeyli yüksək ola bilər.

Bu il ən çox zərər ABŞ-yə dəyib. Yanvar ayında Los-Ancelesdə baş verən “Palisades” və “Eaton” meşə yanğınları 60 milyard dollardan çox maddi ziyana səbəb olub. Yanğınlar nəticəsində 40 nəfər həyatını itirib.

Bundan sonra Cənub-Şərqi Asiyada baş verən güclü fırtınalar gəlib. Tayland, İndoneziya, Şri-Lanka, Vyetnam və Malayziyanı təsiri altına alan bu fəlakətlər 25 milyard dollar ziyana və 1750-dən çox insanın ölümünə səbəb olub.

2025-ci ilin ən dağıdıcı altı iqlim fəlakətindən dördü Asiyada baş verib və onların zərərinin ümumi məbləği 48 milyard dolları keçib. Bunlara iyun və avqust aylarında Çində baş verən, 30-dan çox insanın ölümünə və təxminən 12 milyard dollar ziyana səbəb olan daşqınlar daxildir.

Mütəxəssislər bildirirlər ki, uzunmüddətli quraqlıqdan sonra qeyri-adi dərəcədə dağıdıcı yağışlar Çində daşqın riskini xeyli artırıb.

Bu il Karib dənizi də “Melissa” qasırğası ilə sarsılıb. Yamayka, Kuba və Baham adalarına çatan qasırğa ən azı 8 milyard dollar ziyana səbəb olub. Alimlər isti okean sularının qasırğaların həm daha güclü, həm də daha tez-tez baş verməsində mühüm rol oynadığını bildirirlər.

Araşdırmalara görə, iqlim dəyişikliyi olmayan bir dünyada “Melissa” kimi bir qasırğa təxminən 8 min ildə bir dəfə baş verə bilərdi. Hazırkı iqlim şəraitində isə bu cür fəlakətlərin ehtimalı dörd dəfə artıb.

Kristian Eid ən dağıdıcı 10 hadisə ilə yanaşı, maddi baxımdan nisbətən ucuz, lakin təsiri ciddi olan digər 10 ekstremal hava hadisəsini də təhlil edib. Yayın sonlarında Böyük Britaniyada qeydə alınan genişmiqyaslı meşə yanğınları bunların arasında ön sıradadır.

İspaniyada 383 min hektar, Portuqaliyada isə 260 min hektar ərazi yanaraq məhv olub. Bu, hər iki ölkənin ümumi quru ərazisinin təxminən 3 faizinə bərabərdir. İlkin hesablamalara görə, bu yanğınlar 810 milyon dollardan çox iqtisadi itkiyə səbəb olub.

Alimlər bildirirlər ki, insanların yaratdığı iqlim dəyişikliyi ekstremal hava hadisələrini birbaşa yaratmasa da, onların başvermə ehtimalını artırır və baş verdikdə daha dağıdıcı hala gətirir. Toplanan elmi sübutlar iqlim böhranı ilə artan fəlakətlər arasında açıq və inkarolunmaz əlaqə olduğunu göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri