Icma.az
close
up
RU
Bülbülə, Akif İslamzadəyə, sirkə görə utandım özbəkistanlılara nə cavab verim?

Bülbülə, Akif İslamzadəyə, sirkə görə utandım özbəkistanlılara nə cavab verim?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənddən iki qonaq gəlmişdi Bakıya, şair, yazıçı Ulucay Akifin dostları idilər, Tacikistanda hansısa tədbirdə tanış olublar; Şükür və Kazım. Şükür ticarətlə məşğuldu, Kazım isə hava limanında işləyir. 

Özbək qardaşlarımızın paytaxtımıza gəlişindən xəbər tutub bir miyanə məclis təşkil etdik. Bir az Əlişir Nəvaidən, bir az Füzulidən, bir az Daşkənddəki bahalıqdan, siyasi vəziyyətdən, Bəşir Əsəddən, Nəsibə Abdullayevadan, “Qara göz boy-boy”dan, Leyla Şərifovadan, türk dünyasının ümummilli sənətkarlarından, özbək dilindən, rus dilindən, öz ana dilimizdən, dolmadan, tütəkdən, Vaqif Bayatlı Odərdən danışdıq. Axırda sözüm bitdi, badımcan şorabasından söhbət saldım, dostlardan badımcanın rusca tərcüməsini xəbər aldım. Bu sualıma himə bənd imişlər, hamısı bir ağızdan “baklacan!” dedi.

“Baklacan” deyiləndə gözümə işıq gəldi, bilmirəm səbəbi nədi, başqa dildə hansısa sözün öz dilimizdəki qarşılığı ilə oxşar olduğunu görəndə sevinirəm. Yəqin, hansısa travmanın məhsuludu.

Əl-qərəz, danışdıqca danışdıq. Bu Şükür yaman çoxbilmişdi. İngiliscə də öyrənib, rusca da, az-çox azərbaycanca da. Bir dildə başa sala bilmədiyin nəsnəni başqa dildə izah edə bilirdin. Bilirsiz də, biz də “böyük qardaş sindromu”ndan əziyyət çəkirik axı, mən də bu xalqın bir nümayəndəsi kimi həmin sindromdan çıxış edərək yarı ingilis, yarı rus biliklərimlə ünsiyyət qurmaq istəyirdim. Şükür azərbaycanca cavab verib məni utandırırdı.

Söhbət gəlib “Fəridəm” mahnısından düşdü.  Məlum oldu ki, bu özbək qardaşların “Fəridəm” mahnısından ötrü ürəkləri gedir. Nəsibə Abdullayevanın ifasında sözügedən mahnını çox seviblər. Mən də Yutubdan bizim görkəmli sənətkarımız Akif İslamzadənin ifasında “Fəridəm” mahnısını qoşdum, çox bəyəndilər. Çox böyük təntənə ilə sözə başladım: “On narodnıııy artistttt...” Ani olaraq səsim kəsildi. Cümləmin ardını gətirə bilmədim, söz tapmadım. Birdən yadıma düşdü ki, Akif İslamzadə Xalq artisti deyil, Əməkdar artistdir. Heç rusca Əməkdar artistin qarşılığını da bilmirdim. Bir anlıq utandım. Səsi ilə nəinki özbəkistanlını, elə hər kəsi məftun edəcək potensialda olan səs sahibinin ölkəmizdə ali fəxri ada layiq görülməməsi məni utandırdı. Akif İslamzadəyə görə nə qədər fəxr eləsəm də, bir o qədər utandım.

Söhbət başqa kiminsə fəxri ad almasından getmir. “Miri Yusif niyə Xalq artistidi, filankəs yox” kontekstində məsələyə yanaşmaq fayda verməz. Söhbət ayrı-ayrı şəxslərin yaradıcılıqlarına qiymət vermə meyyarlarının naməlum olmasından gedir. Bunun əsas səbəbkarları təqdimetmə prosesində iştirak edən şəxslərdir. Hamı bilir ki, fəxri ad Prezidentin Sərəncamı ilə verilir. Bunun üçün də müvafiq dairələrdən adlar təqdim olunur. Akif İslamzadə bu ölkədə mədəniyyəti təbliğ etməkdən başqa hansı pis işi görüb ki, ona Xalq artisti fəxri adı verilmir?

Akif İslamzadə sənətkar ailəsində dünyaya gəlib və özü də son 30 ildir səhhəti ilə bağlı oxumadığına baxmayaraq, sənətkar statusunu qazanıb. Bu sənətkar adını ona heç kim verməyib. İndi Xalq artisti adı üçün Akif İslamzadə daha nə etməlidi? Müvafiq qurumlar özlərini Akif İslamzadənin taleyi kimi aparır, susqun və etinasız.

***

Özbəkləri kirayələdiyimiz evə aparanda da Bakı haqqında xeyli danışdıq. Yaraşıqlı tikililər, dövlət əhəmiyyətli binalar, küçələr barədə qonaqlara məlumat verdik və nəhayət, Bakı Dövlət Sirkinin qarşısında dayandıq. Bayaqkı əzmlə əllərimi göyə qaldırıb pafosla uğuldadım: “Bakinski Qasudartsvinni Sirk…” Sirkimizin gözəlliyini, sirk işçilərimizin səriştəsini vəsf elədim. Belə məlum oldu ki, kirayələdiyimiz ev sirkin arxasındakı binada yerləşir və həmin binaya getmək üçün sirkin həyətindən keçmək lazımdı. Pilləkənlərə yaxınlaşanda dəhşətə gəldim; köhnəlmiş bina, uçulmağa hazır olan pilləkən... Özbəklər, əvvəlcə, ətrafa, sirkin binasına, pilləkənlərinə, sonra bir-birinə, sonda da mənə baxdılar. Özümü danladım, axı sənin nəyinə lazımdı sirk barədə danışmaq? Paytaxtın mərkəzində belə bir mədəni əhəmiyyətli binanın belə nimdaşlığına görə ancaq və ancaq utanmaq olar.

Sirk performansları ölkələrdən ən maraqla qarşılanan kütləvi tədbirlər siyahısındadır. Azərbaycanda da sirkə böyük maraq var. Bu qədər əzəmətli binalar tikilən, günü gündən gözəlləşən paytaxtımızda sirk üçün bir görkəmli bina təsis etmək belə çətindirmi?.. İndi gəl bu özbəklərə başa sal ki, biz mədəniyyətə, incəsənətə qarşı çox həssasıq, amma nədənsə sirkin binası yaddan çıxıb, qalıb sovetin dövründə...

***

Nəhayət, günün kulminasiyası barədə, ironik olsa da, kədərli situasiya barədə danışım. Özbəklər üçün kirayələdiyimiz evin yerləşdiyi məhlənin girişində küçənin adı həkk olunub və görkəmli sənətkarımızın adı məhz bu cür yazılıb: “Bül-bül”. Bəli, “Bülbül” yox, məhz “Bül-bül”. Tez Bülbülün “Sənsiz”i ifa etdiyi videonu qoşdum, özbəklər əcəb feyziyab oldular. Sənətkarımızın əsl adını, soyadını dedim, onun vaxtilə Özbəkistan səhnəsində “Koroğlu” operasını ifa etdiyi barədə danışdım, ermənilər tərəfindən güllələnə büstünü göstərdim, ev-muzeyinin işğaldan əvvəl, işğal dövründə və indiki vəziyyətinin fotolarını göstərdim. Feyziyab şəkildə başlarını yelləyib sənətkarın adını bu cür tələffüz etdilər: “Bül... bül...”. Dedim: “Bül... bül” yox, Bülbül”. Nə qədər illah elədim, elə hey belə dedilər: “Bül... bül”. Küçənin adını əks etdirən lövhədə “Bül-bül” şəklində yazıldığına görə, o yersiz və qüsurlu defis işarəsi ucbatından özbəklər Bülbülün adını düzgün tələffüz edə bilmədilər.

Restoran, küçə, müxtəlif iaşə obyektlərinin adındakı, küçədəki elanlar, afişalar, reklamlardakı dil xətaları Azərbaycan dilinə edilən hörmətsizlikdən başqa bir şey deyil. Şəhərin əsas küçələrindən birində bir sənətkarın adının yazılışında təhrif etmək hansı məsuliyyətsizliyin bədəlidir? Dil Komissiyası yaratdılar, qalaq-qalaq kitab çap elədilər, hansı təsiri oldu? Heç bir. Müvafiq qurumlardan komissiya təşkil edilməli, həmin komissiyanın üzvlərini də şəhərin canına salmaq lazımdır. Yoxsa hələ çox utancverici mənzərələr qarşımıza çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri