Bülbülədə məsciddə qətl törədən şəxsə ittiham aktı elan edilib
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Elvin Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.
Elvin Məmmədova sərbəst ifadə üçün söz verilib:
"Mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olmayıb. Hadisədən bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm, onların arasında Nadir Səfərov da olub. Məni qeyrətsiz adlandırıblar. Yaşadığım kənddə heç kimin ailəsinə, qızına-gəlininə sataşmamışam. Dəfələrlə davam edən bu hallar məndə qıcıq yaradıb.
İyulun 26-da Nadiri tapmaq məqsədilə məscidə getdim. Bıçağı oradakı otaqlardan birindən görürdüm. Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq, ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan, özümdə deyildim. Bundan sonra əlbəyaxa olduq. Mənə qarşı etdikləri hərəkətlərinə görə Nadirə bıçaqla çox sayda zərbə endirdim. Təxminən 10 zərbə endirmişəm. Amma istintaqda mənə dedilər 30-dan çox xəsarət yetirmişəm".
Növbəti proses fevralın12-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 26-da səhər saat 5 radələrində Bülbülə qəsəbəsində, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı Rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə yekun ittiham verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Bülbülədə məsciddə qətl törədilib
28 İyul 2025 11:51
Qaradağda qətl törədən şəxsə hökm oxunub
19 İyun 2025 17:24
Lökbatanda qətl törədən şəxsə hökm oxunub
25 İyun 2025 17:43
Bakıda kafedə qətl törədən şəxsə hökm oxunub
28 İyul 2025 13:24
Pula görə qətl törədən şəxsə hökm oxundu
26 Fevral 2025 15:32
Baxış sayı:105
Bu xəbər 16 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları