Qaradağda qətl törədən şəxsə hökm oxunub
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Seyidovin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunda baş verib. Qulu Abbasov qohumu Xanlar Əmirovu şəxsi münasibətlər zəmnində bıçaqla qətlə yetirməkdə şübhəli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















