Icma.az
close
up
RU
Bulvar İdarəsində 12 milyonluq MƏHKƏMƏ İŞİ: “Maaşdan əlavə də pul alırdım”

Bulvar İdarəsində 12 milyonluq MƏHKƏMƏ İŞİ: “Maaşdan əlavə də pul alırdım”

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, proses təqsirləndirilənlərin ifadələri ilə davam edib.

Ttəqsirləndirilən Rəşad Bədəlov bildirib ki, "Dəniz Kənarı Bulvar" İdarəsində və idarənin tabeliyindəki müxtəlif idarələrdə bir sıra vəzifələrdə çalışıb:

"Əvvəl "Dövlət Bayrağı Meydanı"nın tabeliyində olan müəssisədə iqtisadçı kimi çalışmışam. 2016-cı ildən həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə İlqar müəllimin köməkçisi, 2019-cu ilin sonundan etibarən isə "Dəniz Kənarı Bulvar" İdarəsinin müxtəlif idarələrində rəis vəzifəsində çalışmışam. İbtidai istintaq zamanı dedim ki, ittihamda göstərilənlərin mənə aidiyyatı yoxdur. Heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırıblarsa, icra etmişəm".

Rəşad Bədəlov onu da bildirib ki, işlədiyi zaman maaşından əlavə vəsaitlər də alıb. Şahidin sözlərinə görə, bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib.

Prosesdə ifadə verən digər təqsirləndirilən Fuad Babayev deyib ki, gül təsərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib:

"O, mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Daha sonra mən də "GİRASOL" MMC-ni yaratdım".

Dövlət ittihamçısı Fuad Babayevə şirkəti yaradandan sonra belə ona niyə idarə ilə bağlı pullar verildiyini soruşub:

"Mənə "Maraş dondurma"dan və digər sahələrdən pullar verilirdi. Mən bu pulları təchizat idarəsinə, Zamin Xəlilova verirdim. Sonra tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi göstərilirdi. Türkiyədən tenderlərlə güllər gətirirdik, həmin güllərin gömrük bəyannaməsi də var. "Dəniz Kənarı Bulvar" İdarəsindən başqa digər qurumlara da güllər vermişəm. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatlar nağdsız formada olub. Vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".

Məhkəmə növbəti prosesin 8 dekabr saat 15:45-ə təyin etdiyini bildirib.

Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Fərqanə Novruzova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see199

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see174

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see153

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see130

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129

Təhsilin İnkişafı Fonduna direktor təyin olunan Nicat Məmmədli KİMDİR? DOSYE

18 Dekabr 2025 12:13see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri