Bu müəllimlərə maaşdan əlavə pul veriləcək
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.
Tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edir.
Vəsait onların yol və əmlakın daşınması xərclərinə, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi üzrə kompensasiyalara, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:73
Bu xəbər 04 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















