Bulvar İdarəsinin 185 minlik tenderi ötən il keçmiş rəhbəri isə…
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi təmizlik vasitələri alır. Tribunainfo.az pravda.az-a istinadla yazır ki, idarə bu məqsədlə 185 464 manat xərcləyəcək. Ona görə də “Faber Chemicals” MMC ilə müqavilə bağlanıb. Buraya əski, çöl süpürgəsi, dixlofos, sabun, əlcək, sensorlu əl qurudan, zibil vedrəsi və s. daxildir.
Tribunainfo.az yada salır ki, qurumun İdarə Heyətinin sədri Xanlar Ağalarovdur. Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyində Aparat rəhbəri kimi fəaliyyət göstərib. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb. O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Eyni zamanda, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb. Ötən ildən bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, ötən il ibtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Gülşən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Mart 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















