Icma.az
close
up
RU
Bulvar İdarəsinin sabiq rəhbəri: Məhkəməni tez yekunlaşdırın

Bulvar İdarəsinin sabiq rəhbəri: Məhkəməni tez yekunlaşdırın

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev səhhəti ilə əlaqədar məhkəmə istintaqının mümkün qədər tez yekunlaşdırmağı xahiş edib.

KONKRET.az report-a istinadla xəbər verir ki, o bunu Bakı Ağır Cinayətlər Məhkəməsində köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birgə ittiham edildiyi cinayət işi ilə bağlı prosesdə deyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən İlqar Mustafayev məhkəmə istintaqının tez yekunlaşmasının istəməsinə səbəb kimi iki həftə əvvəl ağır əməliyyat keçirdiyini göstərib və səhhətində ciddi problemlər olduğunu deyib.

Həmçinin prosesdə Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi sualları cavablandırıb.

İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsinə Hesablama Palatasının müvəkkilinə dəniz suyunun duzsuzlaşdırılması sisteminin quraşdırılmaması ilə bağlı tutduğu iradın aradan qaldırılıb – qaldırılmadığını soruşub. Nümayəndə bu sistemin hələ də quraşdırılmadığını deyib.

Prosesdə ifadə verən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi deyib ki, Dənizkənarı Bulvar İdarəsində vergi yoxlaması keçirilən zaman məlum olub ki, 2022-2024-cü illərdə həmin ərazilərdə yerləşən icarəyə verilmiş iaşə obyektlərində icarə haqqı müəyyən edilməyib. Həmçinin sözügedən dövr ərzində bulvarda fəaliyyət göstərən “Mirvari” gəmisində 44 475 nəfər sərnişin daşınıb, lakin onlarla bağlı hər hansı bir sənədləşmə aparılmayıb. Bu hallar vergidən yayınmaya səbəb olub.

Vəkil İsmayıl Kəngərli deyib ki, ekspertlər bulvarda batut (uşaqlar üçün atraksion) işlədən şəxslərdən icarə haqqını hər ay 20 000 manat, orada fəaliyyət göstərən restoranların icarə haqqını isə 2000 manat göstərib.

“Bu reallığı əks etdirmir. Batut işlədən nə qədər qazanır ki, aylıq 20 000 manat icarə haqqı ödəsin”, – vəkil bildirib.

Növbəti iclas dekabrın 22-nə təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri