Icma.az
close
up
RU
Bulvar İdarəsinin həbsdə olan sabiq rəisi: “Mənim sabaha ümidim yoxdur…”

Bulvar İdarəsinin həbsdə olan sabiq rəisi: “Mənim sabaha ümidim yoxdur…”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə İlqar Mustafayev açıq ürək əməliyyatı edilməli olduğunu bildirib: “Mənim ürəyimə stend qoyulmuşdu. Həkimlər bildirdilər ki, artıq açıq ürək əməliyyatı olmalıyam. Mənim sabaha ümidim yoxdur. Sizdən xahiş edirəm ki, prosesi tez yekunlaşdıraq. Hazırda müalicə müəssisəsindəyəm. Bir səhvdir başıma gəlib. Sadəcə, istəyirəm biləm ki, məni buraxacaqsınız, ya yox? Buraxılacağamsa, gedim müalicəmi alım. Çünki mən özümdən arxayınam”.

Hakim bildirib ki, İ. Mustafayevin hazırda saxlanıldığı müalicə müəssisəsindən məhkəməyə müraciət daxil olunub. Müəssisəsə təqsirləndirilən şəxsin şərait və avadanlıqlarla əlaqədar digər məkana köçürülməsinə ehtiyacı olduğunu deyib.

Prosesin davamında Dənizkənarı Bulvar İdarəsinin Auditlərə nəzarət Şöbəsinin nümayəndəsi ifadə verib. O, bildirib ki, qurumun İlqar Mustafayevdən şikayəti yoxdur.

Nümayəndə vəkilin suallarına cavab olaraq bildirib ki, 2023-2024-cü illərdə alınanlarla bağlı hesabat sənədləri hazırda onda olmadığı üçün cavab verə bilməyəcək. Vəkil həmin illərdə alınan texnikanı, xidmət göstərən obyektlərin sayını, nağd vəsaitlərin toplanması qaydasını, bu işə hansı işçilərin cəlb olunmasını və digər məsələlərlə bağlı sənədləri gələn prosesdə gətirməyini xahiş edib.

Daha sonra Dövlət Vergi Xidmətinin nümayəndəsi şahid qismində ifadə verib. O, bildirib ki, ötən il Dəniz Kənarı Bulvar İdarəsində vergi yoxlaması keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, idarənin ərazisində yerləşən icarəyə verilmiş iaşə obyektlərində icarə haqqı müəyyən edilməyib. Ekspert rəylərinə əsasən, “Mirvari” gəmisində 44 475 nəfər sərnişin daşınmasına baxmayaraq bununla bağlı sənədləşmə aparılmayıb və vergidən yayınma halı baş verib.

O, sualları cavablandırarkən bildirib ki, pandemiya ilə əlaqədar qapanmalar zamanı Bulvar İdarəsində vergi yoxlamalarında mənfəət vergisinin hesablanması və ya daha az olması ilə bağlı faktlara yoxlamanı aparan şəxs cavab verə bilər.

Vaxt məhdudiyyəti ilə əlaqədar proses dekabrın 22-nə təxirə salınıb.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri