Buna baxmayaraq, biz Qarabağ a inanırıq Elşad Əhmədov
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk oyununu səfərdə "Benfika"ya (Portuqaliya) qarşı keçirəcək. Tanınmış məşqçi, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəla, bir Azərbaycan təmsilçisinin ikinci dəfə Çempionlar Liqasında oynamaq hüququ qazanması böyük uğurdur. Futbol azarkeşləri üçün "Qarabağ"ın iştirakı ilə keçirilən bütün ÇL qarşılaşmaları bayramdır. Rəqib hansısa sıradan komanda yox, "Benfika"dır. Onların "Fənərbağça" ilə pley-off oyunlarını izlədik. Bildiyiniz kimi, İstanbul nəhəngini mübarizədən kənarlaşdırmış kollektivdir. Portuqaliya komandasının heyətində həqiqətən yüksək səviyyəli futbolçular cəmləşib. Buna baxmayaraq, biz "Qarabağ"a inanırıq. "Qarabağ" rəqib meydanında həmişə İnamlı oynayıb. İnanıram ki, komandamız Portuqalyada da bizi sevindirəcək. Axşamkı qarşılaşmada "Qarabağ"a uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















