Icma.az
close
up
RU
Tərlan Əhmədov: “Finalda “Qarabağ” favoriti deyil”

Tərlan Əhmədov: “Finalda “Qarabağ” favoriti deyil”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Bu oyun Azərbaycan Kubokunun digər finallarından çox fərqlənəcək”.

Bunu İdman.biz-ə veteran futbolçu Tərlan Əhmədov deyib.

O, Azərbaycan Kubokunun "Qarabağ"la "Sabah" arasında keçiriləcək finalı öncəsi fikirlərini açıqlayıb. Mütəxəssis bildirib ki, hər iki komanda oyuna böyük önəm verir: “Final matçında şanslar həmişə bərabər olur. “Qarabağ” çempion olsa da, kubokun finalı tamam fərqlidir. “Sabah” turnir cədvəlində beşinci olsa da, Ağdam təmsilçisi üçün onlara qarşı həmişə çətin olub. Bu baxımdan “Qarabağ”ın favorit olduğunu düşünmürəm. Bəli, çempiondurlar və çalışırlar ki, “qızıl dubl” etsinlər. “Sabah” da istəyir ki, ilk dəfə kubok sahibi olsun. Bu da qarşılaşmanın gərgin keçəcəyindən xəbər verir. Fikrimcə, baxımlı oyun izləyəcəyik”.

Millinin sabiq kapitanın sözlərinə görə, hər iki komandada müəyyən çatışmazlıqlar var: “Bu mövsüm “Qarabağ”ın müdafiə xəttində problemlərin olduğunu gördük, “Sabah”ın müdafiə xəttində isə həddindən artıq böyük problemlər var. Hər iki komanda bu oyunda müdafiədə daha az səhvə yol verməyə çalışacaq. Çox güman, “Qarabağ” öz oyunundan əl çəkməyərək, daha çox topa sahib olmaq istəyəcək. “Sabah”ın isə çox yaxşı əks-hücumları var. “Qarabağ” yarımmüdafiədə rəqibini üstələyir. Amma müdafiədə demək olar ki, iki komanda da bərabərsəviyyəli çıxış edir. Nəticə haqqında isə dəqiq nəsə demək mümkün olmasa da, fikrimcə, qalibiyyət minimal hesablı olacaq. “Sabah” “Qarabağ”a qarşı oynayanda çox istəkli olur”.

Mütəxəssis matçın nəticəsinin digər klublar üçün əhəmiyyətinə də toxunub: “Kuboku “Qarabağ” götürsə, “Turan Tovuz” sevinəcək, “Zirə” isə Avropa Liqasında gedəcək. “Sabah” qalib gəlsə, birbaşa özü gedəcək. Maraqlı bir tendensiya yaranıb. “Turan Tovuz”un uzun müddətdən sonra avrokuboka getməsi böyük uğur olar. Bu nüanslar da final qarşılaşmasının mahiyyətinə xüsusilə rəng qatır”.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşünün start fiti bu gün saat 19:00-da səslənəcək. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri