Buna baxmayaraq, Göygölə qələbə dalınca yollanacağıq Qaradağ Lökbatan ın baş məşqçisi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2-ci Liqada çempionluğa ən real namizədlərdən olan, hazırda 18 xalla şərikli lider ("Xankəndi"nin də 18 xalı var) mövqeyində qərarlaşan "Qaradağ Lökbatan" 8-ci turda "Göygöl"ün qonağı olacaq. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səfərdə oynayıərıq. "Göygöl" öz azarkeşləri önündə yaxşı mübarizə aparır. Hazırda iki futbolçumuz zədəlidir. Sıraya dönmələri üçün azı 1 həftə vaxt lazımdır. Buna baxmayaraq, Göygölə qələbə dalınca yollanacağıq. Futbolçularıma inanıram. Hədəfimiz 3 xaldır. Hazırlıqlara başlamışıq. Ayın 10-da artıq Göygöldə olacaq, oyundan bir gün əvvəl orada da məşq edəcəyik".
Qeyd edək ki, "Göygöl" - "Qaradağ Lökbatan" qarşılaşması noyabrın 11-də keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















