Icma.az
close
up
RU
Buna “dur” deyilməlidir, əks halda... Aktrisa nazirliyə SƏSLƏNDİ

Buna “dur” deyilməlidir, əks halda... Aktrisa nazirliyə SƏSLƏNDİ

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktyorlar arasında gərginlik davam edir. Azərbaycanın Əməkdar incəsənət xadimi, hazırda Türkiyədə yaşayan aktrisa-rejissor Məlahət Abbasova yerli mediaya açıqlamasında qarşı tərəfin davranışlarına görə “Azdrama”nın “İstanbul Mekan Tiyatro” Beynəlxalq Teatr Festivalının iştirakçı siyahısından çıxarıldığını deyib.

Sitat: “Bu qərar Mehriban Ələkbərzadənin sosial şəbəkədə İstanbul Şəhər Teatrlarına atdığı böhtana görə verilib. Onun “hocanın adamının adamı” ifadəsini yazması İstanbul Şəhər Teatrlarının nüfuzuna ləkə atmaq və böyük bir hörmətsizlik kimi dəyərləndirilib. Məhz bu səbəbdən rəhbərlik qərara alıb ki, Mehriban Ələkbərzadə vəzifədə olduğu müddətdə Akademik Milli Dram Teatrı İstanbul Beynəlxalq Teatr Festivalında iştirak etməyəcək”.

Globalinfo.az-a danışan aktrisa Məlahət Abbasova M.Ələkbərzadənin fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

O bildirib ki, müvafiq dövlət orqanları qeyd edilən məsələ haqqında təcili və prinsipial mövqe nümayiş etdirməlidir:

“Mehriban Ələkbərzadə çıxışlarında teatrı fiziki və psixoloji basqı metodları ilə idarə etdiyini açıq şəkildə etiraf edib. Onun “aktyorun üzərinə qışqırıram, əlinin üstünə vururam, balaca problem olan kimi kəsib atıram” kimi ifadələri idarəetmə tərzinin qeyri-peşəkar olduğunun sübutudur. Bu etiraflar şəffaf araşdırma aparılması və hüquqi qiymət verilməsi üçün açıq dəlillərdir. Əgər aidiyyəti qurumlar açıq sübutlara baxmayaraq, hələ də ölçü götürməkdə tərəddüd edirlərsə, bu gecikmə Akademik Milli Dram Teatrı daxilində daha dərin və idarəolunmaz gərginliklərin yaranmasına səbəb olacaq”.

Aktrisa qeyd edib ki, Mehriban Ələkbərzadə ölkəmizdən kənarda da Azərbaycanın mədəni nüfuzuna zərbə vurur:

“Məsuliyyət daşıyan qurumlar bu vəziyyətə “dur” deməlidir. Eyni zamanda, həm teatrın daxili nizamı, həm də ölkənin mədəni irsi müdafiə olunmalıdır”.

Qeyd edək ki, Mehriban Ələkbərzadə ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermir.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri