Bundan sonra da vasitəçi qismində çıxış etməyə hazırıq Şahbaz Şərif
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb.
“Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib. O, regional və qlobal sülhün, eləcə də sabitliyin əldə olunmasına təkan vermək üçün Pakistanın vasitəçi rolunun icrasına davam etmək istəyini təsdiqləyib”, – məlumatda qeyd edilib.
Vurğulanıb ki, görüş Pakistan tərəfindən xarici işlər naziri Məhəmməd İshaq Dar, ordunun qərargah rəisi Seyid Asim Münir, həmçinin daxili işlər naziri Seyid Möhsin Raza Nəqvinin iştirakı ilə keçirilib.
Baxış sayı:155
Bu xəbər 11 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















