Bundesliqa: “Bavariya” Bundesliqada ardıcıl səkkizinci qələbəsini qazanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 25 oktyabr, AZƏRTAC
“Bavariya” Bundesliqanın 8-ci turunda səfərdə “Borussiya Mönxenqladbax” ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, görüşdə 3:0 hesabı ilə qalib gələn münxenlilər çempionatda ardıcıl qələbə seriyasını səkkizə çatdırıblar. Görüşdə hər üç qol ikinci hissədə vurulub. Münxen təmsilçisinin heyətində Coşua Kimmix (64), Rafael Qerreyro (69) və Lennart Karl (81) fərqləniblər.
Günün digər qarşılaşmalarında “Leyptsiq” səfərdə “Auqsburq”u darmadağın edib – 6:0. “Ayntraxt Frankfurt” doğma meydanda “St Pauli”nin qapısından iki cavabsız top keçirib. “Hamburq” öz meydanında minimal hesabla “Volfsburq”a uduzub. “Hoffenhaym” isə doğma divarlar arasında “Haydenhaym”ı məğlubiyyətə uğradıb – 3:1.
Günə “Borussiya Dortmund” – “Köln” oyunu ilə yekun vurulacaq.
Çempionatın sabah keçiriləcək görüşlərində “Bayer Leverkuzen” öz meydanında “Frayburq”u, “Ştutqart” isə “Maynts”ı qəbul edəcək.
Turun açılış matçında isə “Verder Bremen” öz meydanında “Union Berlin”ə qalib gəlib – 1:0.
Çempionata 24 xalla “Bavariya” liderlik edir. Münxenlilərdən beş xal az toplayan “Leyptsiq” ikinci sırada qərarlaşıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Oktyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















