Icma.az
close
up
RU
“Bavariya” bundesliqada məğlubedilməz deyilmiş

“Bavariya” bundesliqada məğlubedilməz deyilmiş

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tur Frayburqda keçirilən məhsuldar oyunla start götürdü. “Volfsburq” bir saatın tamamında 3 top fərqi ilə geri düşdü. “Canavarlar” ötən tur “Maynts-05”lə oyunda olduğu kimi mükəmməl bir geridönüş etməyə səy göstərdilər. Amma Ralf Hazenyuttlın komandasının gücü yalnız fərqi minimuma endirməyə yetdi. Son 6 turda cəmi 1 məğlubiyyəti olan “Frayburq” bu qələbə sayəsində 5-ci pilləyə yüksəldi.

Turun əsas sürprizi Mayntsda qeydə alındı. Oktyabrın sonlarında “Bavariya” kubokun 1/16 finalında səfərdə “Maynts-05”i darmadağın etmişdi. Ona görə də yaxşı formada olan “rekordmayster”in budesliqada ilk məğlubiyyətini məhz bu tur yaşayacağını az adam proqnozlaşdırardı. Amma “karnavalçılar” Vensan Kompaninin komandasını dayandırmağı bacardılar. Düzdü, “Bavariya” üçün turnir cədvəli baxımından faciəvi bir şey baş vermədi. Komanda inamla liderliyi davam etdirir. Amma digər tərəfdən yenidən yaxşı sürət yığan “Bayer-04” münhenlilərin bu hədiyyəsindən yararlanmağı bacardı.
“Auqsburq”a heç bir şans verməyən və rəsmi matçlarda qələbə seriyasını 7-yə çatdıran son çempion həm 2-ci pilləyə yüksəldi, həm də liderlə xal fərqini 4-ə endirdi. Son vaxtlar uğurlu nəticələr qazanan “Verder” şimal derbisində səfərdə debütant “Sankt Pauli”yə heç bir şans vermədi. Bu, “musiqiçilər”in bu rəqib üzərində elitada ardıcıl 8-ci qələbəsidi. Bu seriya hələ 1996-da başlayıb. 2006-da ölkə kubokunun 3-cü mərhələsində qazanılan zəfər “Sankt Pauli”nin son 23 rəsmi oyunda “Verder” üzərindəki yeganə qələbəsidi. Digər debütant “Holştayn” üçün də tur uğursuz alındı və komanda Münhenqladbaxda darmadağın oldu. “Avrokubok zonası”ndan çox da geridə olmayan “Borussiya” evdə son 18 mümkün xalın 16-nı toplayıb. Turnir cədvəli baxımından heç bir prinsipial əhəmiyyət daşımayan “Union”la “Bohum”un dueli isə böyük qalmaqalla müşayiət olundu. Qonaqların vaxtı uzatmasına etiraz edən yerli fanatlar son anlarda əllərinə keçəni meydana atmağa başladılar. Qapıçı Drevesin başına alışqan dəyincə, o, xəsarət alaraq yerə yıxıldı. Nəticədə hakim hər iki komandanı paltardəyişmə otağına apardı və oyun yalnız 25 dəqiqədən sonra bərpa olundu. Dreves oyuna davam edə bilmədiyindən və “Bohum”da əvəzetmələr bitdiyindən qapıya hücumçu Filipp Hofmann keçməli oldu. Qalan müddətdə qol olmadı. Amma “Bohum” nəticədən razı deyil. Komanda rəqibə texniki məğlubiyyət verilməsi için Almaniya Futbol İttifaqına müraciət edib.
“Ştutqart” səfərdə inamlı qələbə qazandısa, turun mərkəzi oyununda “Leyptsiq” 2 həftə öncə kubokda olduğu kimi yenə evdə “Ayntraxt”ı məğlub etdi. “Borussiya”nı isə artıq indidən çempionluğa iddialılar siyahısından silmək olar. Çünki komanda yersiz xallar itirməkdə davam edir. Buna qədər “arılar” heç olmasa, evdə büdrəmirdisə, artıq bu seriyaya da son qoyuldu. Özü də bu tur məhz “Borussiya”nın sabiq futbolçusu Larsen komandaya qənim kəsildi.
14-cü tur
Maynts-05 – Bavariya 2:1

Li Ce Sun, 41; 60 – Sane, 87. (33305)
Bavariya: Perets, Laymer, Dayer (Tel .64), Kim Min Ce, Devis, Gerreyro (Qoretska, 58), Kimmix, Pavloviç (Boe, 58), Olise, Musiala, Sane, Müller.
Borussiya D – Hoffеnhaym 1:1
Reyna, 46 – Larsen, 90+1. (81365)
Borussiya D: Kobel, Kouto (Lürs, 85), Əmrə Can, Şlotterbek, Bensebayni, Nmeça, Qross (Qazbitser, 61), Bayer (Adeyemi, 46), Reyna (Vatyen, 76), Gittens (Dyuranvill, 76), Girassi.
Auqsburq – Bayеr-04 0:2
Terrye, 14. Virts, 40. (30000)
Bayer-04: Qradetski, Frimponq (Artur, 90+2), Tapsoba, Ta, İnkapye, Qrimaldo (Belosyan, 90+2), Caka, Andrix (Palasios, 87), Tella (Qarsiya, 87), Virts, Terrye (Şik, 68).
Lеyptsiq – Ayntraxt F 2:1
Şeşko, 19. Openda, 51 – Braun, 40. (40193)
Leyptsiq: Vandevoordt, Henrixs, Zayvald, Orban, Qeertruyda, Nusa, Şlager (Klostermann, 67), Kampl (Bitşiabu, 90+2), Baumqartner, Şeşko, Openda (Andre Silva, 82).
Ayntraxt: Trapp, Knauff (Bahoya, 75), Kristensen, Kox, Teate, Braun (Nkunku, 85), Larsson, Mahmud Dahud (Höylunn, 52), Can Uzun (Çaibi, 84), Ekitike (Matanoviç, 75), Marmuş.
Haydenhaym – Ştutqart 1:3
Vanner, 41 – Mittelştadt, 20. Miyo, 45+2. Voltemade, 85. (15000)
Ştutqart: Nübel, Vaqnoman (Sterjiu, 85), Ruo, Şabo, Mittelştadt, Ştiller (Dil, 89), Karazor, Miyo (Rider, 74), Fürix (Hendriks, 74), Voltemade, Demiroviç (Kaytel, 82).
Frayburq – Volfsburq 3:2
Kübler, 42; 51. Qreqoritş, 61 – Vind, 75. Svanberq, 83. (32600)
Borussiya M – Holştayn 4:1
Klayndinst, 1. Hak, 26. Plea, 43; 79 – Qiqoviç, 30. (52210)
Sankt Pauli – Verder 0:2
Kön, 24. Dukş, 54. (29546)
Union – Bohum 1:1
Hollerbax, 33 – Sissoko, 23. (22012)
1. Bavariya 14 10 3 1 42-12 33
2. Bayer-04 14 8 5 1 32-20 29
3. Ayntraxt F 14 8 3 3 34-20 27
4. Leyptsiq 14 8 3 3 23-15 27
5. Frayburq 14 7 3 4 20-19 24
6. Ştutqart 14 6 5 3 29-24 23
7. Maynts-05 14 6 4 4 25-19 22
8. Borussiya D 14 6 4 4 25-21 22
9. Verder 14 6 4 4 22-24 22
10. Volfsburq 14 6 3 5 31-25 21
11. Borussiya M 14 6 3 5 23-19 21
12. Union 14 4 5 5 13-15 17
13. Auqsburq 14 4 4 6 16-27 16
14. Hoffenhyaym 14 3 5 6 19-26 14
15. Sankt Pauli 14 3 2 9 11-19 11
16. Haydenhaym 14 3 1 10 18-31 10
17. Holştayn 14 1 2 11 14-37 5
18. Bohum 14 0 3 11 11-35 3
Bombardirlər: Keyn (Bavariya) – 14, Marmuş (Ayntraxt F) – 13, Burkardt (Maynts-05) – 10, Klayndinst (Borussiya M) – 9.
Turun rəqəmi
0 – “Bayer-04” bu tur səfərdə “Auqsburq”u məğlub etməklə unikal göstəriciyə nail oldu. Belə ki, son çempion 2024-cü ili bundesliqa çərçivəsində səfərdə uduzmadan tamamladı! Komanda bu təqvim ilində çempionatda rəqib meydanlarında keçirdiyi 17 oyundan 13 qələbə, 4 heç-heçə ilə ayrılmış oldu. Bu hadisə turnirin tarixində daha öncə yalnız iki dəfə baş vermişdi. Hər iki halda “Bavariya” (1986, 2013) təqvim ilini səfərdə uduzmadan tamamlamışdı. Maraqlıdı ki, “Bayer-04” bu ilin ilk səfər oyununda da məhz elə “Auqsburq”u yenmişdi.
Turun ulduzu
Li Ce Sun (Maynts-05) – təcrübəli koreyalı yarımmüdafiəçi hətta nəvələrinə də fəxrlə danışa biləcəyi bir qəhrəmanlığa imza atdı. Onun qolları sayəsində ortabab “Maynts-05” əzəmətli “Bavariya”nı məğlub etdi. Li Ce Sun bundesliqa tarixində Münhen nəhənginə qarşı oyunda dubl edən ilk asiyalı futbolçu oldu! 32 yaşlı futbolçu bu ilin mayında bundesliqanın digər nəhəngi Dortmund “Borussiya”sı ilə oyunda (3:0) da dubl etmişdi.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“İlk dəqiqələrdən hiss olundu ki, “Maynts-05” bu oyuna əla köklənib. Deməzdim ki, istək və mübarizə əzmi baxımından rəqibdən geri qaldıq. Sadəcə, bəzi şeyləri əvvəlki oyunlarda olduğu qədər yaxşı edə bilmədik. Yəni “Bavariya” bu gün ən yaxşı səviyyəsində deyildi. Ümid edirəm ki, bu məğlubiyyətdən sonra oyunçuların gözündə yenidən alov görməyə başlayacam. Cümə günü (“Leyptsiq”lə oyunu nəzərdə tutur – red.) bu alov bizə lazım olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri