Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Almaniyada yaxın keçmişdə iddialı sayılan klubların aşağı liqaya yuvarlanması ənənəsi davam edir.
2018-də ''Hamburq'' tarixində ilk dəfə elitanı tərk etmişdisə, 2021-də ''Şalke-04''ün 33 illik, 2023-də ''Herta''nın 10 illik bundesliqa macərası başa çatmışdı. İndi də bu siyahıya ''Volfsburq'' qoşuldu. Çox zəif mövsüm keçirən və çətinliklə 16-cı pilləni tutaraq pley-offda oynamağa haqq qazanan ''canavarlar'' burda ümidləri doğrulda bilməyərək böyük fiaskoya uğradı.
''Paderborn'' ilə evdəki ilk duel qolsuz başa çatdıqdan sonra dünən cavab oyunu keçirildi. ''Volfsburq'' artıq 3-cü dəqiqədə hesabı açsa da, matçın sonrakı axarı komanda üçün uğursuz alındı. Yoahim Mehle artıq 14-cü dəqiqədə qırmızı vərəqə almaqla komandanı azlıqda qoydu. ''Paderborn'' hələ ilk yarıda hesabı bərabərləşdirdi. Böyük üstünlüyə malik olan bu kollektiv layiq olduğu qələbə qolunu 100-cü dəqiqədə vurdu. Meydan sahibləri 120 dəqiqəlik mübarizəni qapıya 30-dan çox zərbə vurmaqla və 3,7 xG ilə tamamladılar! Qonaqlar isə yalnız 0,14 xG yaxalaya bildilər.
Beləliklə, ''Paderborn'' 6 illik fasilədən sonra elitaya yüksəldi. ''Volfsburq''un isə 29 illik bundesliqa macərası başa çatdı. Komanda elitaya 1997-də yüksəlmişdi. 2009-da ''canavarlar'' tarixlərində ilk dəfə bundesliqanı, 2015-də isə ölkə kubokunu qazanmışdılar.
Maraqlıdı ki, heyətində Eriksen, Mehle, Lindstrem kimi ulduzlar olan ''Volfsburq'' bu mövsüm bundesliqada maaş büdcəsinə görə 5-ci pillədə idi. Bu baxımdan komandanın başına gələnləri böyük sürpriz adlandırmaq olar.
Baxış sayı:140
Bu xəbər 26 May 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















