Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yeddiqat çempion aşağı dəstədə

Yeddiqat çempion aşağı dəstədə

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın yeddiqat çempionu “Lion” 2-ci liqaya göndərildi.

"Football-plus.az" xəbər verir ki, bunun səbəbi “şilər”in maliyyə tələblərinə uyğun gələ bilməməsidi. Bu qərar Fransanın ən məşhur klublarından birinin gələcəyinə ciddi təsir göstərə bilər. Rəsmi açıqlama İdarəçiliyə nəzarət üzrə Milli Direktorluğun (DNCG) saytında yer alıb.
Bu qurum Fransada peşəkar futbol klublarının hesablarının monitorinqinə və yoxlanılmasına görə məsuliyyət daşıyır. Saytda məhz belə göstərilib:

“Lion” Liqa 2-yə endirildi”.


Detallar tam bəlli olmasa da, media klubun maliyyə meyarlarına uyğun gəlmədiyini xəbər verir. “Lion”un apellyasiya şikayəti yazmaq hüququ var, ancaq proses uzun çəkə bilər – bu isə komandanın yeni mövsümə hazırlığını çətinləşdirəcək və heyəti qorumağı sual altına alacaq.
Fransa mediasının yazdığına görə, aşağı dəstəyə düşməsinə baxmayaraq, “Lion” Avropa Liqasında çıxış etmək hüququnu saxlayır. 2024/25 mövsümündə 57 xal toplamaqla Liqa 1-də 6-cı yeri tutan klub UEFA-nın 2-ci dərəcəli turnirində mübarizə aparacaq.
Klubun problemlərini sahibi – “Eagle Football Holdings” multiklub strukturunu (bura “Lion”la yanaşı, “Botafoqo” və “Molenbek” də daxildi) idarə edən amerikalı biznesmen Con Tekstorun fəaliyyəti ilə bağlayırlar. “Lion”u 2022-ci ildə 940 milyon dollara alan Tekstor “City Football Group” və ya “Red Bull” nümunəsi üzr yeni sistem qurmağa qərar verdi. Ancaq onun strategiyası maliyyə balanssızlığına səbə oldu: “Lion”un vəsaiti “Botafoqo”ya insvestisiya kimi qoyuldu ki, Braziliya klubunun maliyyə və turnir vəziyyəti düzəlsin.
“Botafoqo” ciddi transferlər gerçəkləşdirdi – hazırda “Zenit”də çıxış edən Luis Enrikeni, “Lion”a icarəyə verilən Tyaqo Almadanı aldı. Bütün bu addımlar Fransa klububda büdcə kəsirinə və 2024-ün payızında transferə məhdudiyyət qoyulmasına gətirdi. Maliyyə meyarlarına uyğunlaşmaq üçün klub 175 milyon avroluq kəsiri qapamalıydı. Ötən müddətdə 83 milyon investisiya cəlb etmək mümkün oldu, qış transfer kampaniyası “şirlər”ə daha 28,5 milyon qazandırdı. Rayan Şerkinin “Mançester Siti”yə satılması büdcəyə daha 42,5 milyon, icarəyə verilən oyunçuların satışı da 22,5 milyon gətirdi.
Həmçinin Kakre, Antoni Lopeş, Lakazett və Talyafiko ilə vidalaşan klub maaş cədvəlində təxminən 30 milyon avroya qənaət etdi. Bundan başqa, “Lion” 100-ə yaxın əməkdaşını ixtisara saldı.
Bununla belə, bu addımlar da kömək etmədi. Liqa 1-də qalmağın yeganə yolu uğurlu apellyasiya şikayətidi. Klubun bunun üçün 7 gün vaxtı var. “Lion”un şikayət ərizəsi uğur gətirməsə, onda elitada buranı idman prinsipi üzrə tərk edən “Reyms” qalacaq.
Həmçinin “Lion” daha bir liderini, məsələn, “Çelsi”nin iddia etdiyi Fofananı sata bilər. Potensial transfer 40 milyon avroya qiymətləndirilir və həlledici amil rolunu oynaya bilər. Klubun taleyi indi meydandan kənarda veriləcək qərarlardan asılıdı. “Lion” Fransanın ən titullu və tanınan klublarından biridi, çoxları “şirlər”in aşağı düşməkdən qurtulacağına, maliyyə möhkəmliyini qaytaracağına ümid edir.
Onu da əlavə edək ki, bir il əvvəl ölkənin daha bir tanınan klubu – “Bordo” da oxşar vəziyyətlə üzləşib. Maliyyə böhranından qurtula bilməyən “Bordo” 4-cü liqaya göndərilib.
ORXAN

P.S. Belə vəziyyətdə PSJ “Lion”un köməyinə çatıb. Paytaxt klubu Bredli Barkolaya görə pulun ödənişini nəzərdə tutulan vaxtdan tez başa çatdırıb. Fransalı vinger PSJ-yə 2023-ün yayında 45+5 milyon avroya keçmişdi. Bu pulu alan “Lion” DNCG qarşısında maliyyə göstəricilərini yaxşılaşdırıb.
P.P.S. Dünən Mişel Kanqın Tekstoru prezident vəzifəsində əvəz etdiyi ilə bağlı xəbər yayıldı. 66 yaşlı xanım 2023-dən bəri klubun Direktorlar Şurasının üzvü idi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 04:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri