Icma.az
close
up
RU
“Bunker Koçaryan Müzəffər Əliyevin kölgəsindən də qorxur”

“Bunker Koçaryan Müzəffər Əliyevin kölgəsindən də qorxur”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Seçkiqabağı Robert Koçaryanın canına vəlvələ düşüb, qarnına da sancı girib. Koçaryanın əsas seçki mesajı hakimiyyətə gələcəyi təqdirdə Ermənistanın müharibədən uzaq qalacağı barədə vəd olsa da fikirləri konkret siyasi proqramdan daha çox dişini qıcaması ilə nifrət ritorikası üzərində qurulub. Onun keçmiş siyasi fəaliyyəti, tarixə qovuşdurduğumuz Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və əvvəlki bəyanatları indiki vədlərlə müqayisə edilərkən konkret ziddiyyətlərin olduğunu görürük. Psixoloji durumunun alt qatlarında isə şəxsi aqibətini sorğulaması, qorxuları hiss olunur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Ş.Həsənova bildirib ki, bu "siyasi istehsal məhsulu" Azərbaycanın regionda artan siyasi və geosiyasi çəkisi ilə heç cür barışa bilmir: “Daha acınacaqlısı isə odur ki, bunker Koçaryan Müzəffər Əliyevin kölgəsindən də qorxur. Biz axı tarix boyu öz yolumuzda olmuşuq, Koçaryan da öz şəxsi gələcəyinə daha dəqiq, aqibətinə fokus olmalıdır. Aman da verməlidir ki, camaat da özünə fokus olsun. Azərbaycan gündəmə çevrilmir, gündəm yaradır. Koçaryan genetik kodun uyğunsuzluğu və birgəyaşayışın mümkünlüyü ya mümkünsüzlüyü arasında var-gəl edərək psixoloji ambivalent durum yaradır. Axı, yemi əldə edənə qədər diş qıcanır, sonra dişlər açılır və udulur. Erməni cəmiyyəti Ermənistanı yem etməməlidir”.

Politoloq vurğulayıb ki, Azərbaycan son illərdə regional proseslərə təsir imkanlarını nəinki genişləndirib, hətta ssenari yazır və heç nəyə görə deyil, məhz elə bu səbəbdən Ermənistanın daxili siyasi müzakirələrində mühüm amillərdən birinə çevrilib: “Bu kontekstdə heç nəyə yox, Prezident İlham Əliyevin çıxışlarına dərindən olmasa da, səthi olsa belə nəzər yetirmələri kifayətdir ki, Azərbaycanın rəsmi mövqeyinin Ermənistanın siyasi gündəmində diqqətlə izlənilən faktor olduğunu görəsən. Ermənistan daxilində və xaricində revanşist ritorikanın perspektivləri yoxdur. Buna görə də Koçaryan ənənəvi seçki platforması zamanı siyasətçilərin cızılan "müharibə istəmirəm" roluna girir. Koçaryanın isə girəcəyi bir yer tarixdə düşdü, o da bunker. Bəli, sübut olunmuş fakt budur. Çox dərinə getmək lazım deyil. Gərək bunu anlasınlar. Regionda formalaşmış yeni siyasi reallıqlar fonunda əvvəlki qarşıdurma modelinə qayıdış həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün əlavə risklər yarada bilər. Ermənistanın siyasi seçimlərini və Azərbaycanın regional rolunu müqayisəli şəkildə təhlil etmək lazımdır. Koçaryanın siyasi strategiyası hələ yumşaq formada tənqiddən o yana heç nə deyil. Azərbaycanın son illərdə əldə etdiyi geosiyasi mövqeni ön plana çıxartmaq isə gündəlik fəaliyyətin ana xətti olmalıdır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri