Icma.az
close
up
RU
“Bunlar Ermənistan və onun havadarları tərəfindən süni formada yaradılan əngəllərdir”

“Bunlar Ermənistan və onun havadarları tərəfindən süni formada yaradılan əngəllərdir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Üzərində razılaşdırılmayan məqamlardan biri Cənab Prezident İlham Əliyevin Dmitri Kselyova müsahibəsində belə aydın olur ki, müşahidəçi missiyanın bölgədən çıxarılması, yəni vaxtının uzadılması ilə bağlı Bakının narahatlığının olması məsələsi və buna paralel elə bu məsələnin tərkib hissəsi olaraq da ATƏT-in Minsk qrupunun formatının ləğv edilməsi ilə bağlıdır. Bilirik ki, Ermənistan tərəfi sərhəd xəttində hələ də müəyyən səpkilərdə təxribat ritorikasına əl ataraq, konfrantasiyanın məzmununu genişləndirərək yeni vasitəçilərin bölgədə varlığına ehtiyacı gündəmə gətirməyə çalışır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.

Z.Ruslanqızı əlavə edib ki, bir müddət öncə bölgədə sülh quruculuğuna töhfə vermək məqsədi ilə Ermənistan sərhədləri çərçivəsində yerləşdirilən, “mülki” adı verilən və tərkibi də dəfələrlə artırılan, mülkidən başqa bütün hərbi heyəti özündə ehtiva edən müşahidəçi bir missiya bölgəyə gətirildi: “Bununla bağlı Praqa görüşündə razılaşma əldə olunmuşdu. Ancaq onların Praqa görüşündə ifadə etdiyi hədəflərin heç biri bu iki il ərzində reallaşmadı. Bu gün yenə də sülh razılaşmasını dalana dirətməklə, tərəflər arasında etimad quruculuğu prosesinin formalaşmasına əngəllər yaratmaqla onlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırlar ki, tərəflər özləri öz aralarında razılaşa bilmirlər, təxribat ritorikasından yayına bilmirlər və a görə də müşahidəçi adı altında müəyyən missiyanın bölgəyə yerləşməsinə ehtiyac var. Bütün bu məqamları Azərbaycan Prezidenti İlham Əliyev aşkar şəkildə bildirir. Eyni zamanda da belə bir mötəbər platformadan beynəlxalq ictimaiyyətin də diqqərinə çatdırmış olur ki, bütün bu məqamlar Ermənistan və onun havadarları tərəfindən süni formada yaradılan əngəllərdir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri