Bunlar günü gündən repetitorluğun vüsət almasına gətirib çıxarır
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Repetitorluq Azərbaycan təhsilinin iliyinə kimi oturub. Hansısa liseyin şagirdlərinin 90%-nin repetitor yanına getmədən bal toplaması yalan məlumatdır, həqiqəti əks etdirmir".
AzNews.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov abituriyentlərin əldə etdiyi nəticələrə repetitor fəaliyyətinin göstərdiyi təsirdən danışarkən bildirdi.
Onun sözlərinə görə, nazirlik bölgə liseylərini müxtəlif adlarla reklam edir.
"Araşdıraq görək, yüksək nəticə göstərməyən şagird nadir hallarda 5 fənnin 1-2-dən hazırlığa getmir. Nə qədər ki, bugünkü qəbul prosesi var, Dövlət İmtahan Mərkəzinin (DİM) blok imtahanlar ssenarisi var, DİM imtahan suallarını özü hazırlayır, o vaxta qədər repetitorluq olacaq və daha da güclənəcək. Repetitorluğu yaradan ilk səbəb DİM-in blok imtahan sessiyasıdır. İmtahanı keçirən qurum olan DİM-in testləri özü hazırlamasıdır".
Müsahibimizin sözlərinə görə, bu gün məktəbdə verilən bilik və bacarıqlarla qəbul imtahanında tələb olunan bilik və bacarıqlar arasında böyük fərq var.
"Bütün bunlar günü-gündən repetitorluğun vüsət almasına gətirib çıxarır. Nazirliyin məlumatını da oxumuşam. Konkret olaraq bölgə liseyindən birinin reklamından başqa heç nə deyil. Düşünürəm ki, repetitorluq hələ bundan sonra başlayır. Dövlətin təhsil siyasəti düzgün istiqamətdə həyata keçirilmir. Bu da öz ciddi fəsadlarını verməkdədir. Biri də “kölgə təhsil”i repetitorluqdur", - deyə E.Qafarov vurğuladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















