Haranı bitirmisən? sualının yerini nə bacarırsan? tutub Universitetlərlə bağlı vəziyyət dəyişir
Icma.az, Milli.az saytına istinadən bildirir.
"Ali təhsil artıq "elit seçim" deyil, kütləvi mərhələyə keçib".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15-20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25-30 faizə qalxmışdı. Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50-70 faiz, hətta daha yüksəkdir.
Ekspert nəzərə çatdırıb ki, Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-da 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir:
"Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir".
K.Əsədov qeyd edib ki, pandemiyadan sonra isə daha dərin dönüş baş verib. Bildirib ki, ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşıb:
"İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir. Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir".
Əlavə edib ki, bu, universitetlərin tamamilə lazımsız olması anlamına gəlmir. Vurğulayıb ki, problem ondadır ki, bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır. İşəgötürənlər artıq "haranı bitirmisən?" sualından çox, "nə bacarırsan?" sualını verir:
"Və bu bacarıqların böyük hissəsi 4-5 il davam edən klassik təhsil yox, məqsədli, qısa və praktiki proqramlarla formalaşır".
K.Əsədov hesab edir ki, yaxın 5 ildə auditoriyalarda ənənəvi dərslərin əsasən zəif təhsil sistemi olan ölkələrdə qalacağı ehtimalı getdikcə güclənir. Güclü təhsil sistemləri isə daha çevik, hibrid, praktik və fərdiləşdirilmiş modellərə keçir. Söyləyib ki, artıq yeni təhsilalma və təhsilvermə modeli sınaqdan çıxıb və uğurlu nəticə göstərib:
"Az xərcli, mobil, çevik və ehtiyaca əsaslanan təhsil dövrü başlayıb. Bu prosesin qarşısını almaq mümkün deyil. Məsələ bu dəyişikliklərə dirənmək yox, onları düzgün oxumaq, milli təhsil siyasətini və universitet modelini bu reallıqlara uyğunlaşdırmaqdır. Təhsil diplom üçün deyil, real həyat üçün olmalıdır".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















