Icma.az
close
up
RU
Bunlar Prezidentin ilk dəfə açıqladığı məsələlər idi

Bunlar Prezidentin ilk dəfə açıqladığı məsələlər idi

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin rus televiziyasına müsahibəsində Azərbaycan üçün və barəsində söhbət gedən digər ölkələrlə bağlı ən önəmli məsələlərə toxunuldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bizim üçün çox dəyərli odur ki, Azərbaycanın bir sıra qonşu ölkələrlə münasibətinin ikitərəfli aspektlərinə bir daha nəzər yetirildi: "Fikrimcə, Prezidentin bu yanaşmaları Azərbaycan auditoriyası və həmin ölkələrin ictimaiyyəti, siyasi-diplomatik dairələri üçün çox maraqlı olub. Xüsusilə, Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri, Azərbaycan-Qərb münasibətlərinin ən önəmli məsələləri ilə bağlı maraqlı mülahizələr eşitdik. Bu mülahizələrin arxasında çoxlu sayda konkret faktların gətirilməsi ilə yanaşı, həm də vaxt məhdudiyyətinə görə deyilməmiş xeyli faktların və mətləblərin də olduğuna heç bir şübhə qalmadı. Xüsusilə də Azərbaycan-Rusiya münasibətlərinin son 2 ilində imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsinin rolunun önəmi ilə bağlı deyilənlər, fikrimcə, çox maraqlıdır. Çünki Prezident tərəfindən aparılan təhlil, şübhəsiz, belə bir rəyi daha da möhkəmləndirdi ki, Rusiya ilə imzalanmış bəyannamə xüsusilə də son iki ildə bu ölkələri müəyyən konkret risklərdən mühafizə edə bilib. Əgər belə bir bəyannamə imzalanmamış olsaydı, iki tərəfli münasibətlərdə hansı problemlər və risklər yarana bilərdi. Eləcə də, Türkiyə ilə Azərbaycanın münasibətlərinə yenidən nəzər salmaq və bəziləri üçün maraq doğuran müəyyən aspektlərə yenidən aydınlıq gətirmək fürsətinin Azərbaycan Prezidentinə verilməsi olduqca əhəmiyyətlidir.

Prezident Türkiyənin Azərbaycanda hərbi bazalarının olmaması şərtində belə iki ölkənin hərbi-siyasi və müdafiə sahəsində əməkdaşlığına hər hansı problem olmadığını göstərdi. Eyni zamanda hərbi bazalar olmadan da belə iki ölkənin bir- birinin hərbi müdaifə potensiallarından yetərincə istifadə imkanlarına malik olduğunu vurğuladı. Fikrimcə, bu həmçinin Azərbaycanda hərbi bazalarının olmasını daxilində istəyən və bəzən ehkamlar vuran müəyyən ölkələrə mesajdır ki , Azərbaycan mütləq bir tərəfliyini indiki şəraitdə sona qədər qoruyub saxlamağa maraqlıdır. Bu ölkədə yalnız Türkiyənin yox, hər hansı ölkənin hərbi bazalarının olmasının indiki şəraitdə həm regionun, həm də Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermədiyini Prezident əslində mesaj vermiş oldu".

"Bundan başqa Qarabağ probleminin həllindən sonra bölgədə yaranmış durumla bağlı Prezidentin açıqladığı mülahizələr dəyərlidir. Xüsusilə də, Ermənistanla sülh sazişinin imzalanması yolundakı məsələlərin bir daha, həm də yeni və yaradıcı şəkildə göstərilməsi olduqca önəmli rol oynayacaq. Ermənistanla sülh sazişinin razılaşdırılmamış maddələri ilə bağlı Prezidentin ifadələri çox dəyərlidir. Çünki biz burada bir yenilik gördük. Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanmasında indiyə qədər qoymuş olduğu əsaslı şərtlərdən əlavə yeni deyilməmiş şərtləri də eşitdik. Mən elə başa düşdüm ki, bunlar əslində danışıqlar prosesində müzakirə olunan, amma Azərbaycan Prezidentinin fürsətdən istifadə edərək ilk dəfə açıqladığı məsələlər idi. Azərbaycan-Ermənistan sülh sazişində müəyyən auditoriyaya yeniliklər də açıqlandı. Bunlar Azərbaycanın və Ermənistanın bir-birinə beynəlxalq qarşılıqlı iddialardan imtina etməsi və sərhədlərdə 3-cü dövlətin qüvvələrinin yerləşdirilməsindən imtina olunması fikrimcə, Azərbaycan və Ermənistan arasında sülhün tənzimlənməsində daha önəmli rol oynaya biləcək. Yeni reallıqları Prezidentimiz ilk dəfə ifadə etdi. Və o da çox yaxşıdır ki, Ermənistan rəhbərliyi Preksin Kazandakı görüşündə Azərbaycanın bu mövqeyi ilə razılaşa biləcəyini nümayiş etdirib. Amma görünür ki, sonradan Ermənistanın mövqeyinin dəyişməsinə təsir göstərən müəyyən amillər olub ki, sülh sazişinin həmin 2 maddəsi ilə bağlı razılaşmaq ovqatını dəyişmiş olub. Bütün hallarda bu müsahibə həm ikinci dünya müharibəsindən onda dünyada dağılmış yeni geosiyasi düzənin yenilənməsinə müəyyən töhfələr vermək baxımından əhəmiyyətlidir. Həm də Azərbaycanın regiondakı bir sıra ölkələrlə münasibətlərinin daha da aydın tezislər üzərində qurulmasına imkan yaratmaq baxımından əhəmiyyətlidir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri