Icma.az
close
up
RU
Mehriban Vəliyeva: Prezidentin forumda toxunduğu məsələlər geniş tədqiqat mövzusudur

Mehriban Vəliyeva: Prezidentin forumda toxunduğu məsələlər geniş tədqiqat mövzusudur

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum dünyanın siyasi və iqtisadi gündəmində olan bir çox məsələlərə peşəkarların münasibətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Xüsusilə, forumda cənab Prezident İlham Əliyevin çıxışı və ona ünvanlanan müxtəlif səpkili suallara məzmunlu cavabları, regionda və dünyada baş verən iqtisadi-siyasi proseslərə aydın münasibəti,  Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə yanaşması maraqla qarşılandı. Beynəlxalq məsələlərin müzakirəsinə həsr olunan bu tədbirin yeddinci dəfədir keçirilməsi və hər dəfə burada iştirak etmək istəyənlərin sayındakı artım forumun əhəmiyyətindən xəbər verir. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak edib və onlar daha sonra regional və qlobal məsələlərlə bağlı bir çox məqalələrlə çıxış edib. Bütün bunlar ölkəmizlə bağlı əsas həqiqətlərin və Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin beynəlxalq miqyasda tərənnümündə mühüm rol oynayır”

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki,  bu dəfəki forumda -  ADA Universitetinin beynəlxalq konfransına rekord sayda – 80 əcnəbi iştirakçı qatılıb: “İştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu olduqc aktualdır. Bu gün dünyanın aparıcı beyin mərkəzləri, siyasi institutları formalaşmaqda olan yeni dünya düzəni və onun ətrafında gedən prosesləri tədqiq edir, öyrənir. Azərbaycan Prezidentinin rəhbərliyi altında Bakının da bu proseslərdə aktiv rol oynaması diqqətdən yayınmır.  Azərbaycan bu prosesin sadəcə müşahidəçisi deyil, həm də fəal iştirakçısıdır. Bakı nəinki yerləşdiyi coğrafiyada, qlobal miqyasda vacib çağırışların, mühüm təşəbbüslərin müəllifidir. Mövqeyimiz isə çox aydındır. Suverenlik prinsipinin toxunulmazlığı, daxili işlərə müdaxilənin yolverilməzliyi, xarici siyasi və iqtisadi münasibətlərdə müstəqillik, təzyiq və təhdidlərin yolverilməzliyi prinsipləri ölkəmiz üçün qırmızı xətdir.  Əslində bu prinsiplər təkcə Azərbaycan üçün deyil, təhdidlərlə üz-üzə qalan bir çox ölkə üçün keçərlidir”.

Millət vəkili bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra dünyada yaranan siyasi düzən artıq özünü doğrultmur, yeni tələblərə, şərtlərə cavab vermir və yenidən formalaşır. Dünyadakı mövcud münaqişələr, müharibələr, intiriqalar, o cümlədən, Qərb ölkələrində kök salan siyasi və mənəvi böhran dünyanın siyasi vizionunun yenidən qurulmasını diktə edir.

Neoimperializm siyasəti dövlətlərin müstəqilliyinə ciddi təhlükədir. Özlərini dünyanın ağası kimi aparan Qərb dövlətləri öz sistemlərini, baxışlarını bütün ölkələrdə tətbiq etmək istəyirlər. Bu zaman ədalət, qanunun aliliyi arxa plana keçir. Onlar özlərinə yaxın olan siyasi qüvvələri, cinayətkar, destruktiv, işğalçı olsalar da belə, müdafiə edirlər. Biz bunu Ermənistanın timsalında görürük. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, etnik soyqırımı törətmiş, Qarabağda vandalizm aktı həyata keçirmiş bir ölkə bu gün dünyaya əzilmiş, sülh tərəfdarı kimi təqdim edilir. Onlar bu gün də bu siyasətlərini davam etdirirlər. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və bəzi beynəlxalq təşkilatlar Qərb-Mərkəzi Asiya əlaqələrinin güclənməsində maraqlıdırlar. Amma onlar bəzi hallarda çalışırlar ki, bu əlaqləri Azərbaycanın iştirakı olmadan qursunlar.

Cənab Prezidentin də qeyd etdiyi kimi,  Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var.  Azərbaycan qarşıdurmanın, gərginliyin deyil, əməkdaşlığın, dialoqun, sağlam rəqabətin tərəfdarıdır. Ötən il dünya üçün olduqca qlobal hadisə olan COP29 beynəlxalq tədbirlərinə uğurlu şəkildə ev sahibliyi etmiş Azərbaycan bunun nümunəsini ortaya qoyub. Çünki hazırda qlobal miqyasda baş verən proseslər ətraf mühiti, ekoloji tarazlığın pozulmasını, iqlim və ərzaq təhlükəsizliyi kimi təhlükəli tendensiyaları tətikləyir. Ölkəmizin davamlı olaraq ev sahibliyi ilə baş tutan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycan Prezidentinin vermiş olduğu mesajlar, etdiyi vacib çağırışlar regional və qlobal əhəmiyyətə malikdir”.

Mehriban Vəliyeva qeyd etdi ki, dövlətimizin başçısı forumda müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandıraraq Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafındakı məsələlərə aydınlıq gətirib: “Azərbaycanla Ermənistan arasında sülh sazişə nail olmaq üçün ölkəmizin prinsipial mövqeyi bir daha bəyan edilib. Vurğulanıb ki, Azərbaycan sülh prosesini davam etdirməkdə qərarlıdır. Tarixi ədalət, beynəlxalq hüquq bərpa edilib. Artıq region üçün qalıcı sülhün təmin olunması başlıca amildir. Azərbaycan hər zaman olduğu kimi sülh mövqeyinə sona kimi sadiqdir. İsrail-Türkiyə münasibətlərində Azərbaycanın rolu, Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında olması, Demokratların və Respublikaçıların hakimiyyətdə olduğu dövrlərdə ABŞ-Azərbaycan münasibətlərindəki fərqliliklər, həmçinin ABŞ-Avropa arasındakı mövcud münasibətlər və digər məsələlər barədə Prezident İlham Əliyevin fikirləri geniş araşdırma və dərin təhlil tələb edir.  Xüsusilə də, Rusiya-Ukrayna arasında müharibənin getdiyi bir vaxtda və Rusiya ilə qonşu olmağımıza və müttəfiqlik sazişi imzalamağımıza baxmayaraq cənab Prezidentin Rusiyanın Ukraynanın ərazilərini işğal etdiyini açıq şəkildə bildirməsi olduqca cəsarətli mövqe kimi qiymətləndirilməlidir”.

Millət vəkili sonda bildirdi ki, dünyada gərginliyin artdığı bir dönəmdə Azərbaycanın sabitlik adasına çevrilməsi ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün siyasətinin nəticəsidir: “Azərbaycan artıq beynəlxalq səhnədə təşəbbüskar  bir dövlət kimi çıxış edir. Bakı, Xankəndi, Şuşa kimi şəhərlərimiz beynəlxalq konfranslara ev sahibliyi edir, qlobal dünyanın problemlərinin müzakirə edildiyi məkana çevriliblər. Bütün bunlar Azərbaycanın düzgün yolda olduğunu göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri