Icma.az
close
up
RU
Bunlar rəqs deyil! TikTok üçün uşaqları korlayan valideynlər və rəqs müəllimləri

Bunlar rəqs deyil! TikTok üçün uşaqları korlayan valideynlər və rəqs müəllimləri

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Malik Atilayın "TikTok oyuncağı olmuş qızcığaz və estetika qatilləri" yazısını təqdim edir.

Bir vaxtlar kişilər səngərdə, işdə, ailəsi yolunda tər tökər, qadınlar sac üstündə çörək bişirər, yoldaşının gələcəyi saatı gözləyər, uşaqlar isə həyətlərdə top dalınca qaçardı yay-qış bilmədən. İndi isə kişilər telefon tutub balaca qızının necə oğlan kimi rəqs etməyinə baxıb “qəşəng alınıb e” deyir, qadınlar montaj proqramında uşaq videolarına "filter" vurur, uşaqlar isə TikTok-da “like” gölündə boğulur və bütün bunlar milli rəqs adı altında baş verir. Amma burda milli olan bir heç nə yoxdur, "trendçilik" mərəzi var ancaq.

Səhnənin arxasında nə sənətkar var, nə də müəllim. Orada “rəqqas Eliş”, “Xoreoqrafiya İbiş” və digər “bədii rəhbərlər” dayanıb. Ucuz mağar toylarından məzun olan bu dəstə uşaq bədəninə estetika, zərafət yox, robot proqramı və həyasızlıq virusu yükləyirlər. Təlimatlar qısa, amma öldürücüdür: “Daha çox göz süzdür, daha çox çiyin tərpət, daha çox kamera qarşısında saçını yellə!”.

Bəli, bu “məktəb” deyil, uşağın məhz sosial şəbəkədə “like” alması üçün yaradılan hazırlıq düşərgəsidir. Estetik duyğudan uzaq, amma alqoritm dərsinə tam bağlı.

Bu müəllimlər üçün uşaq rəqsi sənətin, gözəlliyin deyil, sadəcə izləmə statistikasının alətidir. Onların sinfində sənətə yer yoxdur, yalnız “viral” sözünün tərcüməsi var. “Bəlkə də, bir dəfə like yığsaq, gələcəkdə nə bilim... ulduz olar!” – deyə, analarının gözlərini parıldadan uşaq, əslində, zövqsüzlük maşınında əzilir.

“Rəqs müəllimləri” dedikdə, artıq əlimizdə deyil, təəssüf ki, kimlərdən danışırıqsa onların “xoreoqrafiya”sı – zövqün cənazəsi, estetik duyğunun qəbir daşlarıdır. Eliş müəllim, İbiş müəllim və onların bədii komandası, açıq deyək, uşaq bədənini necə silmək, necə hisssiz və mənasız hərəkətlərə məcbur etmək haqqında “diplomlar” alıblar. Onlar üçün hər uşaq potensial bir "tutmuş" video, hər rəqs isə sosial mediada tələsik çəkilmiş, effektləri bol video üçün bir ssenaridir.

Valideynlərə gəldikdə isə, onlar artıq uşaqlarını məktəbə yox, sosial mediaya “işə” göndərirlər. Riyaziyyat, tarix, ədəbiyyat – bunlar uşaq üçün artıq keçmişin tozlu kitablarından ibarətdir. Onların gündəmi: “Bugün neçə video çəkildi?”, “Yeni rəqsim neçə izləmə aldı?”, “Ən çox nə qədər like gələcək?”. Uşaqların əlində kitab yox, smartfon, beynində dərs yox, "izlənmə" həyəcanı var.

Valideynlər özlərini “uşağın ən böyük dəstəkçisi” kimi göstərsələr də, belə olduqlarını düşünsələr də, əslində, uşağın məruz qaldığı bu zövqsüzlük virusunun daşıyıcısıdırlar. Onlar uşağı məktəbdən, dərslərdən, kitabxanadan uzaqlaşdırır, vaxtına qənaət etməli olduğunu, vaxtını səmərəli keçirməli olduqlarına inanırlar, qınamıram, bir kitab üzü açmayan, tək funksiyası telefonun ekranını aşağı yuxarı çevirmək olan və sadəcə olaraq təbiətin verdiyi instiktlə valideyn olmuş adamlar üçün Instagram, TikTok hesabının izləyici sayı dərsdən də, ən dəhşətlisi övladının təhsilli gələcəyindən də vacibdi. “Balamın yüz min izləyicisi var, sən demə o, mənim gələcəyimdir!” — deyən valideynlərin ağlı kəsə bilməz ki, bu “gələcək” zövqsüzlükdə boğulur, bu "gələcək" məhv olmağa bir gün məhkumdur.

Onlar üçün uşağın gətirdiyi gündəlikdəki qiymətlər deyil, sosial şəbəkədəki “canlı yayım”da gələn “virtual güllər” önəmlidir. Biolojik olaraq valideyn olan bu varlıqlar baltanı öz köklərinə vurduqlarını hələ başa düşmürlər...

Bəli, sizin kimi valideynlər və rəqs “ustadları” ölkə üçün ziyalı bir nəsil yox, sosial şəbəkələr üçün "canlı açıb" onunla-bununla söyüşən cahil sürüsü yetişdirir. Siz onların mənəvi dəyərlərini, zövqlərini məhv etdikcə, artan “like” saylarınız bir gün burnunuzdan gələcək.

Uşaqlar günün yarısını ekran qarşısında məşq edir, valideynlər isə “Bala, sən bizim qürurumuzsan!” deyərək öz “like” mənbələrini qidalandırırlar. Bu, bir faciədir – təhsilsiz, zövqsüz nəsil yaradırlar. Dırnaqarası müəllimlər isə uşaq bədənini əyib-yıxmaqda ustalaşıb, onları həm də valideynlərin qibtə ilə baxdığı “uğur hekayələrinin" müəllifdirlər.

Bu rəqslər, qətiyyətlə deyirəm, rəqs deyil! Bu, çılpaq alqoritmə xidmət edən estetikadan yetim qalmış çırpınışlardır. Burda gələcəyin qadını yoxdur, bu uşaq incəliyi deyil. Bu, zövqün və mədəniyyətin ölümüdür. Və ən dəhşətlisi — bu “sənət”i uşağa öyrədənlər də, buna razı olan valideynlər də bir cəmiyyətin estetik zövqünün qətl edilməsində əlbirdilər.

Sizə bir xəbərdarlıq edim — bir gün bu rəqslər, bu “like” yarışı bitəcək. Amma uşaqların boğazından tutub onları kamera qarşısına gətirən, məktəbdən, dərsdən, kitabdan didərgin salan sizin zamanla əlinizdə yalnız məyusluq və peşmanlıq qalacaq. Düzdür, "hamı kitab oxumalıdır!" demək də doğru deyil, amma övladlarımızın zövqüylə bu cür oynamaq, onları "like" və sosial şəbəkə səfsətələrinə dadandırmaq bizə yaxşı heç nə vəd eləmir.

Bizim belə milli rəqslərimiz yoxdur. Qızlarınızı kişi kimi rəqs etməyə qoymayın. Oğlanlarınızı avara kimi rəqs etməyə qoymayın.

Bunlar “rəqs təhsili” deyil, ucuz nümayişdir. Bu etdikləriniz “valideynlik” deyil, körpə balalarınızı "like" və "virtual hədiyyələr" uğruna ticarət alətinə çevirməkdir...

Həbsxana, anoreksiya və... - Fenomen Nihal Candanın faciəvi ölümünün səbəbi nə idi? Çap elədiyi tapmacaya görə güllələnən dilçi - Onun qəbri əslində, haradadır? Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri