Icma.az
close
up
RU
Yeniyetmələrdə zorakılığa meyillilik artır: Bunlar valideynlər üçün siqnal olmalıdır

Yeniyetmələrdə zorakılığa meyillilik artır: Bunlar valideynlər üçün siqnal olmalıdır

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə yeniyetmələr arasında zorakılıq və cinayətə meyillilik hallarının artması müşahidə edilir. Hər gün buna dair bir neçə məlumata rast gəlinir. Belə hallar ictimaiyyətdə ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə yayılan görüntülər, məktəblərdə və ictimai yerlərdə baş verən zorakı hadisələr bu problemi daha da aktuallaşdırır.

Bəs, bu cür davranışların arxasında hansı amillər dayanır? Niyə son dövrlərdə belə arzuedilməz davranışlara tez-tez rast gəlirik?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Nizami Orucov bu halların kökündə duran əsas faktorları açıqlayıb.


Psixoloq bildirib ki, yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və həssas mərhələlərindən biridir. Onun sözlərinə görə, bu dövrdə gənclər şəxsiyyətlərini formalaşdırmaq, özlərini cəmiyyətə sübut etmək və qəbul olunmaq üçün müxtəlif yollar axtarırlar. Psixoloq dedi ki, onların bəziləri bu axtarış prosesində yanlış davranış modellərinə, zorakılığa və aqressivliyə meyl edə bilirlər:

“Yeniyetmələrdə zorakılığa marağın yaranmasının əsas psixoloji səbəbləri arasında empati çatışmazlığı, emosional diqqət və sevgi boşluğu, travmatik yaşantılar, həmçinin özünü sübut etmək ehtiyacı dayanır. Bəzən zorakılıq yeniyetmələrə güc və hörmət rəmzi kimi görünə bilər”.


Psixoloq qeyd etdi ki, ailənin yeniyetmənin davranışlarında formalaşdırıcı və yönləndirici təsiri danılmazdır. Sevgi dolu və anlayışlı ailə mühitinin gəncin sağlam psixoloji inkişafını dəstəklədiyini söyləyən N.Orucov valideyn nəzarətinin zəif olması, laqeydlik, yaxud həddindən artıq sərt və cəza yönümlü tərbiyə üsullarının zorakı davranış riskini artırdığını vurğuladı:

"Ailədə mütəmadi ünsiyyət, uşağın emosional ehtiyaclarının qarşılanması və ona dəyər verilməsi zorakılığa meyilli davranışların qarşısını almaqda mühüm rol oynayır. Son illərdə sosial mediada zorakılıq və aqressiya tərkibli paylaşımların artması da yeniyetmələr üçün mənfi təsir mənbəyinə çevrilib. Zorakı videolar, oyunlar və təbliğat xarakterli materiallar empati hissini zəiflədir, duyğusallaşma yaradır və zorakılığı normallaşdırır. Gənclər bu cür kontentləri izlədikcə, onların psixoloji sərhədləri bulanıqlaşır. Normativ davranışlar pozulur, zorakı davranış qəhrəmanlıq və ya yaxşı bir şey kimi görünməyə başlayır”.


Bəs, valideynlər nə zaman müdaxilə etməlidirlər?


N.Orucov xəbərdarlıq edir ki, yeniyetmələrdə zorakı meyllərin ilkin əlamətlərini vaxtında dəyərləndirmək vacibdir:

"Əsəbilik, empati çatışmazlığı, heyvanlara və insanlara qarşı qəddarlıq, zorakı filmlərə və oyunlara həddindən artıq maraq, aqressiv çevrəyə qoşulmaq valideynlər üçün siqnal olmalıdır. Bu hallarda valideynlər ilk növbədə övladları ilə sakit, mühakiməsiz və anlayışlı ünsiyyət qurmağa çalışmalı, problemin səbəbini dərinlikdə araşdırmalı və ehtiyac olduqda psixoloq dəstəyinə müraciət etməlidirlər.


Yeniyetmələrdə zorakı davranışların artmasının qarşısını almaq üçün cəmiyyət, məktəb və ailə birlikdə hərəkət etməlidir. Valideynlər övladlarını anlamağa çalışmalı, onların psixoloji ehtiyaclarına zamanında cavab verməli və onları doğru davranış modelləri ilə tanış etməlidirlər. Əks halda, gələcək nəsillərdə zorakılığın normallaşması və yayılması qaçınılmaz ola bilər”.   

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri