Icma.az
close
up
RU
Bunlara “Georgi lenti”ni kim veribsə, onu axtarıram Eldar Quliyev

Bunlara “Georgi lenti”ni kim veribsə, onu axtarıram Eldar Quliyev

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ağsaqqallar Şurasının İmişli rayon bölməsində “Georgi lenti” taxanlarla bağlı tədbirlər görüldüyü deyilir.

Gununsesi.info -nun məlumatına görə, bu barədə “Unikal”a açıqlama verən Şuranın sədri, Milli Məclisin deputatı Eldar Quliyev bildirib ki, yaxın 5-10 gün ərzində İmişli rayon Ağsaqqallar Şurasında yeni seçkilər keçiriləcək.

Deputatın sözlərinə görə, hazırda Şuraya müvəqqəti olaraq Vahid Tağıyev rəhbərlik edir və yaxın vaxtlarda həm rəhbərlik, həm də üzvlər heyətində dəyişikliklər gözlənilir:

“Biz hətta istəyirik ki, orada şura üzvlərinin tərkibini də dəyişək”, – deyə Quliyev qeyd edib.

Vahid Tağıyevin tədbir zamanı sinəsində “Georgi lenti” taxması ilə bağlı sualları cavablandıran Quliyev bu məsələyə də sərt münasibət bildirib:

“Onların hamısında o lent olub. Ağılları ora qədər işləyir. Biz növbəti həftə orada seçki keçirib, onları dəyişəcəyik”.

Eldar Quliyev qeyd edib ki, Ağsaqqallar Şurasının Aparat rəhbəri artıq İmişliyə ezam olunub və yerli bölmədə müşahidələr aparılıb. Məlum olub ki, şura sədrinin otağında əvvəllər olan Stalinin büstü və SSRİ simvolları artıq yığışdırılıb.

“Bizi heç Stalin maraqlandırmır. Bizə təsir edən orada SSRİ-nin bayrağı və “Georgi lenti”nin olması oldu. Bununla bağlı kəskin tədbirlər gördük. Mən həmin “Georgi lenti”ni bunlara kim verib, onu axtarıram”, – deyə Eldar Quliyev bildirib.

Şura sədri əlavə edib ki, həmin hərəkətlərə görə Saleh müəllim həm sədrlikdən, həm də şuradan uzaqlaşdırılıb. Digər şəxslərlə bağlı da araşdırmalar davam edir:

“O nə qədər imkanlı olsa da, biz icazə verə bilmərik ki, Azərbaycan bayrağının yanında SSRİ bayrağı olsun”, – deyə Quliyev vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri