Bunlardan müntəzəm istifadə xərçəng riski yaradır
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Fransada aparılan iki genişmiqyaslı elmi tədqiqat göstərib ki, qidanı daha uzun müddət təzə saxlamaq üçün istifadə edilən bəzi konservantlar xərçəng və 2-ci tip diabet riskini artıra bilər.
Ölkə.az xəbər verir ki, tədqiqat çərçivəsində 170 mindən çox insanın məlumatlarını qiymətləndirən alimlər bu konservantların, xüsusən də prostat və döş xərçəngi ilə mümkün əlaqələrinə diqqət çəkiblər.
Tədqiqatın nəticələrinə görə, bekon, sosiska və kolbasa kimi emal olunmuş ət məhsullarında olan natrium nitrit maddəsi prostat xərçəngi riskini 32 faiz artırır. Həmçinin kalium nitrat maddəsi isə döş xərçəngi riskini 22 faiz, ümumi xərçəng riskini isə 13 faiz artırır.
Şərab, pendir və müxtəlif souslarda istifadə edilən sorbatların da döş xərçəngi riskini 26 faiz artırdığı müəyyən edilib. Sirkənin əsas komponenti olan sirkə turşusu və fermentləşdirilmiş məhsullarda olan asetatların ümumi xərçəng riskini 12-15 faiz artırdığı müşahidə olunub.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 18 Fevral 2026 03:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















