Bunları Bakıda yox, Xankəndidə nəzərdə tutmuşuq“ Uzunca niyə gedib?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən günlərdə üzə çıxardıq ki, İbrahim Uzunca “Dinamo”nun baş məşqçisi imiş. İki ay yarım əvvəl kadr dəyişikliyi adı ilə "Xankəndi"də Uzuncanın yerinə Zaur Hacıyev baş məşqçi təyin olundu.
Türkiyəli mütəxəssis isə yaranmamış uşaq akademiyası ilə klub arasında əlaqələndirici oldu. İbrahim bəy akademiyanın yaranması üçün elitada oynamağın vacib olduğunu bildirib.
Bəs minimum iki il ərzində nə edəcəklər? Hə, bir də Uzuncanın ayrılığı niyə rəsmən açıqlanmayıb?
Klubun meneceri Rəşad Babayev suallarımızı cavabladı:
“Bu barədə danışmaq istəmirəm. İbrahim Uzunca ilə bağlı fikrimi “CBC Sport”un canlı efirində bildirmişəm. Ona böyük hörmətim var, dostumuzdu. Akademiya qurulanda onu akademiyamızın başında görürük. Ona qədər də işlərində uğurlar arzulayıríq. İnşallah, akademiya qurulsun, hər şey bəlli olsun. 1-ci liqaya vəsiqə qazansaq, gənclər komandalarını yaratmalıyıq. Hansı formada yaranacağı ilə bağlı proqram var, amma hansı yaş qrupları üzrə olcağı ilə bağlı yekdil fikir yoxdu. Maliyyə imkanlarımızı yaxşılaşdırıb, bütün işləri görəcəyik. Bunları Bakıda yox, Xankəndidə nəzərdə tutmuşuq. Orda etmək istəyirik”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 21 Mart 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















