Icma.az
close
up
RU
Bunları nəzərə almadan uğur qazanmaq mümkün deyil Açıqlama

Bunları nəzərə almadan uğur qazanmaq mümkün deyil Açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“XXI əsrin sürətlə dəyişən qlobal geosiyasi çağırışları nəzərə alıb ona uyğun çevik siyasət yürütmədən dünyanın heç bir ölkəsində lider davamlı olaraq uğur qazana bilməz. Qlobal miqyasda yeni dünya düzəni uğrunda gedən amansız geosiyasi savaşlar  ölkələrə ciddi risklər və təhdidlər yaradır. Bəzən isə  bir çox  ölkələr bu mübarizələrin qurbanına çevrilir. Belə mürəkkəb geosiyasi mübarizələrin getdiyi bir şəraitdə  ölkəyə rəhbərlik edən şəxsin liderlik qabliyyəti  üzə çıxır. Liderin bacarığı o zaman  bəlli olur ki, belə mürəkkəb situasiyada milli maraqlara cavab verən fəaliyyət göstərərək və buna uyğun adekvat rasional qərarlar qəbul etmək bacarığına malik olmalıdır. Azərbaycan xalqı bu baxımdan çox şanslı xalqdır ki, onun cənab İlham Əliyev kimi  belə mürəkkəb geosiyasi prosesləri Azərbaycanın xeyrinə çevriməyi bacaran lideri var. Məhz onun liderlik qabliyyəti nəticəsində qlobal çağırışlara zamanında çevik reaksiya verərək, uğurlu çoxvektorlu  xarici siyasət yürütməklə   Azərbaycanın   xeyrinə olamayan geosiyasi prosesləri xeyrinə çevirməyi bacarıb. Azərbaycanın son illərdə əldə etdiyi davamlı qələbələrin və uğurların kökündə də cənab İlham Əliyevin  böhranlı, mürəkkəb geosiyasi prosesləri  Azərbaycan üçün fürsətlərə çevrimək bacarığı və liderlik qabliyyəti  dayanır. Cənab Prezident ölkəmizin yerləşdiyi coğrafi məkanın geostrateji əhəmiyyətini fürsətlərə çevriməklə  Azərbaycanı bir-birinə zidd olan güclərin uğurlu əməkdaşlıq körpüsünə çevriməyi bacarıb. Avropa və Asiyanın strateji qovşağında yerləşən Azərbaycan bir logistik mərkəzə çevrilib”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. 
Deputat əlavə edib ki, bütün bu uğurlar ancaq  cənab Prezidentin milli maraqlara əsaslanaraq yürütdüyü   düşünülmüş  siyasətin nəticəsidir:
“Prezident  İlham Əliyevin yürütdüyü bu siyasət beynəlxalq aləm tərəfindən dəstəkləndiyindən  uğur qazanmaqdadır. Bunun üçün təkcə aprel ayında cənab Prezidentin  xarici səfərlərinə, ölkəmizə səfərlərə və keçirilən mötbərə tədbrilərə diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 11-də Türkiyədə Antaliya Diplomatiya forumunda iştirakı, orada Suriya prezidenti Əhməd əş-Şara  və digərləri ilə keçirdiyi görüşlər. Aprelin   22-dən 24-dək Çinə dövlət səfəri, orada keçirilən görüşlə və imzalanan səfərlər,  aprelin 2-də Almaniya prezidenti Frank-Valter Ştaynmayerin, aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin, aprelin 25-də Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun ölkəmizə baş tutuan səfərləri və İran prezidenti Məsud Pezeşkianın aprelin 28-də gözlənilən səfəri, aprelin Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi dediklərimin bariz nümunəsidir. Bu, cənab Prezident İlham  Əliyev yürütdüyü uğurlu çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanı  fərqli güclərin bir əməkdaşlıq və dialoq məkanına çevirləmisinin  sübutudur. Yürüdülən bu siyasət bütövlükdə  Aralıq dənizi-Qara dəniz-Xəzər dəniz hövəzisi, eyni zamanda Mərkəzi Asiya və Uzaq Şərqədək olan bir coğrafiyada  sıx əməkdaşlıq münasibətlərinin qurulmasına, eyni zamanda regional və qlobal sülhə, sabitliyi, əməkdaşlığa və təhlükəsizliyə öz töhfəsini verəcək. Cənab Prezidentin yürütdüyü bu uğurlu siyasət Azərbaycanın beynəxlaq münasibətlərə sistemində geosiyasi statusunun gücləndirilməsi və ciddi oyunçu qismində çıxış etməsi ilə nəticələnəcək”.
Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri