Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Bunu bacaran yeganə dövlət Azərbaycan oldu Müxalifətdən Vaşinqton görüşünə REAKSİYA

Bunu bacaran yeganə dövlət Azərbaycan oldu Müxalifətdən Vaşinqton görüşünə REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb. Sənəddə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. 

Vaşinqton bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni, yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə, həmçinin Zəngəzur dəhlizinin açılmasına dair müddəa yer alıb.

Ağ Evdə imzalanan sənədlər və aparılan danışıqlar Azərbaycanın sülh gündəminə və qlobal dialoqa verdiyi töhfənin beynəlxalq miqyasda tanındığını göstərir.

Modern.az Vaşintonda baş tutan görüş çərçivəsində Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanmasına müxalif siyasi partiyaların münasibətini öyrənib.

Müsavat Partiyasının sədri Arif Hacılı:

“Sülh sazişinin paraflanması müsbət hadisədir. Xüsusilə bu prosesdə Rusiyanın iştirak etməməsi və ümumiyyətlə bu prosesə müdaxiləsinin olmaması baxımından sənədin imzalanması pozitiv bir hal kimi yanaşıram. Eyni zamanda, bu  uzun müddətdir gözlənilən bir addım idi. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin ilkin təməli 44 günlük müharibə ilə qoyulub. Daha sonrakı mərhələdə Azərbaycan Ordusunun güclənməsi, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və regionda Azərbaycanın təsir imkanlarının artması, həmçinin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində bu ölkənin Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi sülh sazişinin qaçılmazlığını şərtləndirdi.

Bununla belə, bütün proseslərin yekunlaşdığını düşünmək düzgün olmaz. Rusiya hələ də Ermənistanda hərbi bazalarını qoruyub saxlayır və bu ölkənin bəzi sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən mühafizə olunur. Ermənistan iqtisadi baxımdan da Rusiyadan asılı vəziyyətdədir. Son vaxtlarda müşahidə etdik ki, Rusiya Azərbaycana, xüsusilə də öz ərazisində yaşayan 2 milyona yaxın azərbaycanlıya təzyiq göstərməklə təsir etməyə çalışır. Bu rıçaqlardan gələcəkdə də Azərbaycana qarşı istifadə edilə bilər.

Amma ümumi mənzərədə post-sovet məkanında sülhün, sabitliyin bərqərar olması üçün Rusiya kimi güclərin zəifləməsi və qonşu dövlətlərin suverenliyinə müdaxilə imkanlarının aradan qalxması vacibdir. Bu mənada, Avrasiya məkanının, xüsusilə də keçmiş post-sosialist ölkələrinin gələcəyi böyük ölçüdə Rusiya-Ukrayna cəbhəsindəki gedişatdan asılıdır. Cümə günü baş tutacaq Tramp-Putin görüşü də bu kontekstdə böyük əhəmiyyət daşıyır və düşünürəm ki, bir çox suallara cavab tapmaq üçün bu görüşün nəticələrini gözləmək daha doğru olar”.

Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli:

“ABŞ-ın moderatorluğu ilə imzalanmış sənədlər Cənubi Qafqazın siyasi, iqtisadi və geosiyasi xəritəsini dəyişmək gücünə malikdir. Bu sənədlər regionun inkişafı üçün möhkəm təməl yaradır. Bu, Azərbaycan Prezidenti və ümumilikdə Azərbaycan dövləti üçün böyük beynəlxalq uğurdur. Azərbaycanın bütün əsas istəkləri həyata keçirilir və ərazi bütövlüyü tam təmin edilir. Keçmiş SSRİ məkanında bunu bacaran yeganə dövlət Azərbaycan oldu. Bu fakt digər ölkələr üçün də nümunə olmalıdır.

Kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin gələcəkdə maneəsiz qurulması ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Bu uğur, həm də ölkə daxilində iqtisadi və siyasi islahatlar üçün münbit zəmin yaradır. İslahatların sürətlənməsi, qanunvericilik və vergi sahəsində beynəlxalq standartlara uyğunlaşma vacibdir. Bu, Azərbaycan iş adamlarının yeni fürsətlərdən maksimum istifadə etməsinə, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək. Cənubi Qafqazda yeni səhifə açılır və bu səhifənin əsas memarı da məhz Azərbaycan dövlətidir”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə:

“Dünən Vaşinqtonda Azərbaycan üçün tarixi bir gün yaşandı. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Ermənistan tərəfinə beynəlxalq səviyyədə tanınan 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalanmasını təklif etmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi bu prosesi ləngidirdi. Nəhayət, Vaşinqtonda keçirilən görüşdə sülh sazişinin ilkin sənədi paraflandı. Bu sənəd dünyanın bir nömrəli ölkəsində, ABŞ Prezidentinin birbaşa imzası ilə imzalandı və bu fakt artıq Ermənistanın geriyə addım atmasına imkan vermir.

Azərbaycanın bütün şərtlərinin qəbul olunduğu bir mühitdə sülh müqaviləsinin bağlanması ölkəmiz üçün böyük nailiyyətdir. İkinci Qarabağ savaşından sonra əldə edilən zəfərlə regionda reallıqlar dəyişdirildi. ATƏT-in Minsk Qrupu isə Azərbaycanın bu reallıqlarla barışmasını təmin etməyə çalışırdı, amma buna nail ola bilmədi. İndi isə bu qrup tarixə qovuşdu, 907-ci düzəliş ləğv edildi və Zəngəzur dəhlizi ilə bağlı gözləntilərimiz öz həllini tapdı. Naxçıvana sadələşdirilmiş keçid imkanlarının yaradılması da Azərbaycanın növbəti uğuru və qələbəsidir.

Vaşinqtonda imzalanmış sənədlər, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyur. Bu sənədlər göstərir ki, Azərbaycan yeni bir tarix yazmaqdadır”.

Azərbaycan Demokrat Partiyasının təsisçisi Sərdar Cəlaloğlu:

“Vaşinqton görüşünün əsas əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması deyil, eyni zamanda ABŞ-ın Cənubi Qafqazda yerləşərək regionun təhlükəsizliyinə hərbi zəmanət verməsidir. ABŞ hər iki ölkənin - Azərbaycan və Ermənistanın təhlükəsizliyini üzərinə götürüb. Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq Azərbaycan ABŞ-ın hərbi texnologiyasından və kapitalından istifadə edə biləcək.

ABŞ-ın Zəngəzur dəhlizinə nəzarəti ələ alması, həm Rusiya, həm də İrandan gələn təhdidlərin qarşısını almaq məqsədi daşıyır. Bu, Azərbaycanın faktiki olaraq NATO-nun bir parçasına çevrilməsi deməkdir. Rəsmi üzv olmasa da, NATO-nun iki əsas gücü artıq Azərbaycanla hərbi müttəfiqdir. Əgər tarixə baxsaq, 1813-cü ildən bu yana Cənubi Qafqaz Rusiya nəzarətində idi. İndi isə bu region ilk dəfə olaraq ABŞ-ın təsir dairəsinə daxil olub. Bu, qlobal miqyasda yeni dünya nizamının formalaşmasında mühüm bir addımdır.

Sülh sazişinin bağlanmasına maneə olan iki məsələ vardı. Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk Qrupunun ləğvi. Hazırda hər iki məsələ üzrə irəliləyiş əldə olunub və tezliklə sülh müqaviləsi tam şəkildə imzalanacaq. Bununla da Cənubi Qafqazda ABŞ nəzarəti altında uzunmüddətli sabitlik dövrü başlanacaq”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:

“Azərbaycan və Ermənistan arasında imzalanmış sülh müqaviləsi region tarixində yeni mərhələnin başlanğıcıdır. Bu sənəd illərlə davam edən münaqişəyə son qoymaq, sabitlik və qarşılıqlı etimadı bərpa etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Müqavilədə Zəngəzur dəhlizinin açılması və təhlükəsiz keçid təminatı, sərhədlərin dəqiqləşdirilməsi, iqtisadi və humanitar əlaqələrin bərpası kimi mühüm müddəalar yer alır. Bu, təkcə iki ölkə arasında deyil, bütün regionda ticarət, nəqliyyat və enerji əməkdaşlığı üçün geniş imkanlar açacaq.

Həmçinin, Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmaması da göstərir ki, artıq vasitəçilərlə deyil, birbaşa dialoq yolu ilə nəticə əldə olunur. Bu həm suverenliyimizin, həm də milli maraqlarımızın qorunması baxımından önəmlidir.

İnanıram ki, bu razılaşma Cənubi Qafqazı müharibə və qarşıdurma məkanından sülh və inkişaf bölgəsinə çevirəcək. İndi əsas məsələ əldə olunan razılaşmaların tam və səmərəli şəkildə icrasıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see182

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see119

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see119

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see118

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri