Icma.az
close
up
RU
Rusiya üzrxahlıq etməlidir! Müxalifətdən Badamov olayına REAKSİYA

Rusiya üzrxahlıq etməlidir! Müxalifətdən Badamov olayına REAKSİYA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və bu ölkədən deport olunub. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Azər Badamovun daxil olduğu nümayəndə heyətinin səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.
Azər Badamovun Rusiyadan deportasiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanıb.

Olaya Azərbaycandakı müxalifət partiyalarınad da reaksiya verilib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, Azərbaycan tərəfi bu hadisə ilə əlaqədar öz etirazını bildirməlidir:

"Əslinə qalsa, bu hadisə Azərbaycan rəsmisinə qarşı törədilmiş hərəkətdir və diplomatik skandal hesab olunmalıdır. Bir ölkənin parlamentarisinin başqa dövlətin deputatının onun ölkəsinə və rəhbərinə qarşı təhqiramiz çıxışlarına cavab verməsinə görə, bu cür addımın atılması beynəlxalq təcrübədə yolverilməzdir. Təbii ki, Azərbaycan tərəfi bununla bağlı öz etirazını bildirməlidir. Rusiyanın hərəkətinə paralel Rusiyadan ölkəmizin əleyhinə çıxış edən adamların Azərbaycana buraxılmamsı üçün konkret addımlar atılmalıdır".

S.Cəlaloğlu Azərbaycan nümayəndə heyətinin də yanlışlığa yol verdiyini düşünür:

"Azər Badamovun Həştərxana buraxılmamsına etiraz əlaməti olaraq onunla yola çıxanlar gərək səfərlərini yarıda qoyub geri qayıdaydılar. Amma təəssüf ki, bunu etməyiblər. Bu daha ciddi aksiya olardı və bəlkə də, problemin müsbət mənada həllinə də yardım göstərərdi".

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn söyləyib ki, bu addımı düşmənçilik kimi də dəyərləndirmək olar:

"Bu, əlbəttə, Xarici İşlər Nazirliyinin məlum açıqlamasında da deyildiyi kimi, dost olmayan hərəkətdir. Hətta bunu düşmənçilik kimi də dəyərləndirmək olar. Düzdür, Azərbaycanın da Rusiyanın bir sısra deputatlarına qarşı məlum sanksiyaları var. Ermənipərəst, Azərbaycan əleyhinə çıxışlarına görə deputat Konstantin Zatulinin Azərbaycana gəlişinə qadağa qoyulub. Digər deputat Nikolay Valuyev Azərbaycan xalqı əleyhinə təhqiramiz ifadə işlətdiyinə görə onun da barəsində oxşar sanksiya tətbiq olunub. Amma mən bunun xüsusi olaraq Rusiyanın və Azərbaycanın siyasi münasibətlərini dramatikləşdirəcəyi qənaətində deyiləm. Yəni hər halda Rusiya Xarici İşlər Nazirliyi rəsmən açıqlama verir ki, bu, Milli Məclis üzvünün guya Rusiyafob çıxışlarına görədir".

Pənah Hüseyn bu cavabın adekvat olmadığını hesab edir:

"Mən hesab edirəm ki, bu adekvat cavab deyil. Çünki həqiqətən həmin şəxslərin Azərbaycana qarşı çıxışları ilə  Azər Badamovun məlum çıxışı arasında əhəmiyyətli dərəcədə fərq var. Üstəlik Azərbaycan tərəfi bunu rəsmən  elan etmişdi. Lakin Azər Badamovun başına gələn hadisə Moskva Hava Limanında qəflətən baş verib. Bu nə normal münasibətlərə, nə də diplomatik etiketə uyğundur".

Ağ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, Azər Badamov olayı iki dövlət arasında nisbətən yumşalmağa başlayan münasibətlər üçün bir təhdiddir:

"Mən də düşünürəm ki, bu, Rusiya tərəfindən Azərbaycana qarşı dost olmayan hərəkətdirdir. Eyni zamanda, iki dövlət arasında nisbətən yumşalmağa başlayan müünasibətlər üçün bir təhdiddir. Təyyarə krizindən sonra Rusiya bir sıra addımlar atdı və Azərbaycan-Rusiya münasibətləri yumşalmağa başladı. Azərbaycan Respublikasının deputatı kim olur-olsun, qanunvericilik orqanının təmsilçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Rusiyaya gələn bu şəxsi aeroportda adi vətəndaş kimi saxlayıb deport edə bilməzsiniz. Çünki bu həm diplomatik münasibətlər sisteminə, həm də beynəlxalq diplomatiyaya ziddir. Azər Badamov haqda bu və ya digər səbəbə görə tutaq ki, "arzuolunmaz şəxs" statusu tətbiq edilib, ölkəyə girişi qadağan olunubsa, bu zaman qərar barədə Azərbaycanın müvafiq qurumlarına əvvəlcədən məlumat verilməliydi. Belə məlumat açıqlansaydı Azər Badamov hər hansı nümayəndə heyətinin tərkibində və ya təkbaşına ora getməzdi. Heç bir xəbərdarlıq yoxdur və diplomatik pasporta malik deputatımız Moskvaya gedir, ona deyirlər ki, sizin Rusiyaya daxil olmaq haqqınız yoxdur, geri qayıdın. Bu hörmətsizlikdir. Millət vəkili və diplomatik pasporta malik olmayan şəxs olsa, hətta onu saxlaya bilərdilər.  Xatırlayırsınızsa, bir vaxtlar idmançı Kamil Zeynallını guya ki, Ermənistan tərəfinin tələbilə saxlamışdılar. Azərbaycan dövlətinin sürətli müdaxiləsindən sonra bu kriz aradan qalxdı".

Tural Abbaslının fikrincə, buna missilləmə ilə cavab verilməlidir:

"İndi necə olsun, biz bütün Rusiya deputatlarının Azərbaycana girişini qadağan edək və ya siyahını verməyək,  gələndə onları hörmətsizcəsinə geri qaytaraq? Onsuz belə də olmalıdır. Diplomatik məsələlərdə misilləmə, güzgü effekti var. Onlar bizə necə davranırsa, elə də reaksiya verilməlidir. Sual oluna bilər ki, Azərbaycan Rusiyanın hansı şəxslərini "qara siyahı"ya salıb, "arzuolunmaz şəxs" elan edib? Azərbaycan tərəfi bu siyahını həm mediaya açıqlayır, həm də Rusiyanın aidiyyəti orqanlarına göndərir.
üman edirəm Xarici İşlər Nazirliyimiz Rusiyanın aidiyyəti qurumlarından bu hadisə ilə bağlı açıqlama tələb edər. Rusiya hələ də sivil dünyanın tərkib hissəsi olduğunu göstərmək istəyirsə, bu məsələyə görə üzrxahlıq etməlidir".

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə sorğumuza belə cavab verib:

“Azərbaycan tərəfi Moskvada keçiriləcək 9 may paradında iştirakdan imtina etməyin yollarını axtarıb tapmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see317

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see179

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri