Bunu bir azərbaycanlı məşqçinin etməsinə ikiqat sevinirəm Azər Bağırov
Icma.az, Fanat portalına istinadən məlumat verir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Ferentsvaroş"a 2:3 hesabı ilə uduzan "Qarabağ" Macarıstanda qazandığı qələbə sayəsində (3:1) turnirin Liqa mərhələsinə yüksəldi. "Araz-Naxçıvan"ın və "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov ilə əlaqə saxlayıb dünən Bakıda baş tutan ikinci duel haqda fikirlərini bölüşməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyundan əvvəl də demişdim ki, "Qarabağ" cütün taleyini cavab qarşılaşmasının ilk hissəsində həll edə bilər. Hesabda geri düşsək də, fasiləyə qədər iki qol vurduq. Düzdür, ikinci yarıda itiriləcək bir şeyi qalmayan "Ferentsvaroş" parlaq futbolla yadda qaldı və daha iki qolla yadda qaldı və Bakıda qələbə qazandı, amma əsas olan turnirin əsas mərhələsinə qatılmaqdır. Komandamızın futbolçularının sonadək mübarizə aparması, rəqibdən çəkinməmələri sevindirici haldır. ÇL-də oynamaq hüququ qazanmaq çox böyük uğurdur. Bunu bir Azərbaycan komandası ilə azərbaycanlı məşqçinin etməsinə isə ikiqat sevinirəm".
Nihat
Baxış sayı:41
Bu xəbər 28 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















