Bunu görən kəndli 50 qəpiklik kartof əkərmi? Günay Hüseynova
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrdən 55 min 49 ton kartof idxal edib.
Kartofun əsasən xarici ölkələrdən idxalının əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, bir neçə il öncəyə qədər yerli məhsul daxili tələbatı ödəyirdi:
"Lakin son illərdəki istehsal gücünün azalması və ya premium məhsulun ixracı, çəkilən xərclərin baha başa gəlməsi, urbanizasiya problemi bazarda qıtlığa səbəb oldu. Digər yaxın ölkələrlə müqayisədə qiymətlər yüksəkdir. İstehsal texnologiyasında innovasiyanın tətbiqi istehsal olunan məhsulun maya dəyərinin ucuz başa gəlməsinə səbəb olur ki, bu da yekunda qiymətə təsir göstərir".
İqtisadçının sözlərinə görə, artan qiymətlər qarşısında və eyni zamanda kənd təsərrüfatındakı çətinlik və problemlər əkinçini bu sahədən uzaqlaşdırır.
"Artıq kəndli hansı sahə gəlirlidirsə, ora yönəlir. Mövsümi meyvələr var ki, satış qiyməti 5 manatdan başlayır, bunu görən kəndli 50 qəpiklik kartof əkərmi?
Məsələnin həlli yolu dotasiya, subsidiyaların ayrılması, orta yaş qrupuna daxil şəxslərin kənd təsərrüfatına cəlb edilməsi ola bilər", - deyə Günay Hüseynova bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















