Icma.az
close
up
RU
Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır”

Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır”

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olan "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, amma qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynamağı bacarır. Rəqibin qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm".

- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodla bağlı düşüncələriniz? 
- Belə bir hal baş verməsi yolverilməzdir. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. Əvvəlki "Tvente" ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır. 

- Bütün amilləri nəzərə alsaz, "Qarabağ"ın tam olaraq nə vaxt hazır olacağını düşünürsünüz? 
- Bunun üçün zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidir. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm.

- Belə bir deyim var ki, bəzən bir addım irəli atmaq üçün 2 addım geri atmaq lazımdır. Bu deyimi "Qarabağ"la uyğunlaşdırmaq olarmı? 
- Geri addım atmağın faydası var hardasa. Amma bizim bir psixologiyamız var. Belə ki, biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq. 

- "Tvente" ilə matçdan sonra bütün futbol ictimaiyyəti 2 yerə bölünmüşdü... 
- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizimbir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm. 

Çempion Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Hilal Maşudlu I Liqada klubunu dəyişib - RƏSMİ "Gəncəbasar"dan yeni transfer “Sabahın Ulduzları”nda U-15-lər üzrə 7-ci tura yekun vurulub “Qəbələ” Sxadadze ilə yollarını ayırdı - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://apasport.az
archiveBu xəbər 31 Avqust 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri